MN: Kəlbəcərin Mollabayramlı yaşayış məntəqəsi istiqamətindəki mövqelər atəşə tutulub

Foto: Müdafiə Nazirliyi

Atəşin 3 saatdan çox sürdüyü bildirilir

Ermənistan Silahlı Qüvvələri bölmələrinin Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutduğu bildirilir. Hadisə iyunun 21-də baş verib və atəş üç saatdan çox çəkib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, qarşı tərəfə adekvat cavab verilib.

Ermənistan Müdafiə Nazirliyi hələlik bu iddia ilə bağlı hər hansı məlumat yaymayıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Həmin vaxt Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ardınca da Bakı ötən il sentyabrın 19-20-də Qarabağda “lokal antiterror tədbirlər” elan edib.

Yerevan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib. Sonra bir ay müddətində Dağlıq Qarabağdan Ermənistana əhali köçü baş verib.

Ana səhifəSiyasətMN: Kəlbəcərin Mollabayramlı yaşayış məntəqəsi istiqamətindəki mövqelər atəşə tutulub