İrakli Qaribaşvili: “Onu qarşılamaq və həbsxanada rahatlığını təmin etmək üçün qalstuk dəstimiz var”
Məqalə "
JAMnews
" saytında dərc olunub.
Gürcüstan
ın eks-prezident Mixail Saakaşvili oktyabrın 2-də axşam saatlarında ölkəyə qayıdacağını
deyib
.
Bu barədə Saakaşvili "Facebook"da videomüraciət yayıb.
O, şərh bölümündə Kiyev-Tbilisi reysinə aldığı biletin surətini paylaşıb.
Saakaşvili bildirib ki, anası Qiuli Alasaniya ilə birlikdə oktyabrın 2-də saat 23:05-də Tbilisidə olacaq.
Onun sözlərinə görə, oktyabrın 2-də yerli özünüidarə orqanlarına keçiriləcək seçkilər ölkənin taleyini həll edəcək və o, bu prosesdən kənarda qala bilməz: “Biz hamımız seçkiyə getməliyik və səs verməliyik, öz mövqeyimizi qeyd etməliyik. Məntəqələr bağlanan kimi biz şəhərlərimizin və kəndlərimizin mərkəzlərinə çıxmalıyıq və birlikdə qələbəmizin arxasında durmalıyıq. Gürcüstanın taleyi, bizim sağ qalmağımızın taleyi həll olunur, mən bunlardan kənarda qala bilmərəm”.
Gürcüstan hakimiyyəti Mixail Saakaşvili barədəsində axtarış elan edib.
O, Gürcüstanda Sandro Qirqvlianinin qətli ilə bağlı cinayət işində dəlillərin gizlədilməsi və deputat Valeri Qelaşvilinin döyülməsinin təşkili ittihamı ilə qiyabi məhkum edilib.
Gürcüstan qanunvericiliyi məhkumlara və mühakimə olunmuşlara dövlət xidmətində çalışmağı qadağan edir.
Xəbərdə bildirilir ki, Saakaşvilinin aeroportdaca həbs olunma ehtimalı yüksəkdir.
Avqustun 8-də Gürcüstanın hazırkı Baş naziri İrakli Qaribaşvili Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Görüşdən bir gün öncə Qaribaşvili Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili haqda belə deyib: “Onu qarşılamaq və həbsxanada onun rahatlığını təmin etmək üçün böyük qalstuk dəstimiz var”.
Mixail Saakaşvili hazırda Ukrayna vətəndaşıdır.
O, Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən 2020-ci ilin mayında Milli İslahatlar Şurasının icra komitəsinin sədri təyin edilib.
Saakaşvili ötən il avqustun 27-də də Gürcüstana qayıdacağı ilə bağlı açıqlama vermişdi.
Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər bu il oktyabrın 2-ə təyin olunub.
Müxalifət ümid edir ki, bu seçkilərdə qələbə qazansa, növbədənkənar parlament seçkilərinin keçirilməsinə də nail olacaq.