Mixail Podolyak: “Ukrayna ordusunda həlak olanların sayı azalıb”

Ukrayna, Donetsk. Mənbə: Reuters

“Rusiya ordusu bütün cəbhə xətti boyunca yenidən yerləşdirilir”

“Əgər iyunun əvvəlində Ukrayna ordusu gündə 100-200 əsgər itirirdisə, indi həlak olanların sayı üç dəfə azalıb”.

Bu açıqlamanı Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak BBC-Ukrayna-ya deyib.

Onun sözlərinə görə, hər gün cəbhədə 30-50 hərbçi ölür.

“Amma yenə də bu barədə danışmaq bizim üçün tamamilə düzgün deyil. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının neçə nəfərin öldüyü ilə bağlı konkret rəqəmləri nə vaxt verəcəyi daha düzgün olar”, – deyə o əlavə edib.

M.Podolyak bildirib ki, iyunda ağır itkilər müharibənin ikinci mərhələsinə keçidlə, artilleriya müharibəsinin başladığı ilə bağlı olub:

Mixail Podolyak. Foto: https://www.perild.com/

“Amma bu gün itkilərin sayı azalır. Birincisi, ona görə ki, bizim MLRS (raket sistemi) Rusiya ordusunun logistik mərkəzlərində çox səmərəli işləyir. İkincisi, Rusiya ordusu bütün cəbhə xətti boyunca yenidən yerləşdirilir. Üçüncüsü, bizimkilər artıq buna uyğunlaşıblar”.

İyunun 1-də Prezident Volodimir Zelenski hər gün 60-100 Ukrayna əsgərinin cəbhədə həlak olduğunu demişdi.

Hətta aprelin ortalarında V.Zelenski Ukrayna Silahlı Qüvvələrinin 2,5-3 min hərbçisinin həlak olması rəqəmini açıqlamışdı.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaMixail Podolyak: “Ukrayna ordusunda həlak olanların sayı azalıb”