Onlara yardım edən 6 Türkiyə vətəndaşının da saxlanıldığı deyilir
Türkiyənin Van şəhərində əslən İrandan olan keçmiş əsgəri ölkəsinə qaçırtmaq istəyən 2 iranlı agent də daxil olmaqla 8 nəfər saxlanılıb.
Əməliyyatı Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) və Van Təhlükəsizlik Müdirliyi birgə keçirib.
Anadolu Agentliyi
yazır
ki, keçmiş İran əsgəri M.A Vanda yaşayır.
Onu sentyabrın 24-cə İrana qaçırmaq istəyiblər.
MİT İran kəşfiyyatçılarının M.A-nın oğurlanması üçün Vanda 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmağa çalışdıqlarını müəyyən edib.
Xəbərdə iddia edilir ki, İran kəşfiyyat məmurlarının göstərişi ilə MA -nın həyat yoldaşı ME-yə oğurluqda kömək etməsi müqabilində 10 min dollar təklif edilib.
Ona bu təklifi qəbul etməyəcəyi təqdirdə ailəsinin təhlükə altına girəcəyi söylənib.
Agentlik bildirir ki, İran kəşfiyyatının sentyabrın 24-də M.A-nı avtomobillə İrana qaçaqmalçılıq yolu ilə aparmaq üçün Vana 2 nəfər göndərib. Ancaq onların bu cəhdi uğursuz alınıb, çünki MİT və Van Təhlükəsizlik Müdirliyi şəbəkə üzvlərini cinayət başında yaxalayıb.
İki İran vətəndaşı ilə bərabər onlara kömək edən 6 nəfər Türkiyə vətəndaşı da saxlanılıb.
Fransa Xəbər Agentliyi isə yazır ki, 2 nəfər saxlanılıb. Onlardan biri İran, digəri Türkiyə
vətəndaşıdır
.
Agentlik xəbəri yüksək rütbəli türk məmura əsasən yayıb. Əlavə edib ki, həmin iki nəfərə kömək edən daha 6 nəfər Türkiyə vətəndaşı da saxlanılıb.
İranın İstanbuldakı Baş Konsulluğunda çalışan bir nəfər bu ilin fevralında iranlı mühəndis Mesut Mevlevinin öldürülməsinə görə həbs edilib.
Mesut Mevlevi 2019-cu il noyabrın 14-də İstanbulun Şişli şəhərində qətl edilib.
Fevralın 8-də diplomatik pasportla İstanbul Hava Limanına gələn Məhəmməd Rza Nəsirzadə də qətldə günahkar olduğu səbəbiylə tutularaq həbsxanaya göndərilib.
İyulda ABŞ-da Tehran kəşfiyyatına işlədiyi iddia olunan dörd iranlı
saxlanılıb
.
ABŞ prokurorluğu onların Nyu-Yorkda İranı tənqid edən İran əsilli amerikalı jurnalist Masih Alinejadı qaçırma planı hazırladıqlarını iddia edir.
İran hökuməti bu ittihamları əsassız sayıb. Ancaq ABŞ şübhəlilərdən birinin İran kəşfiyyatının zabiti, digər üç nəfərinsə İranın kəşfiyyat şəbəkəsinin üzvləri olduğunu bildirib.
ABŞ səlahiyyətliliəri iddia edirlər ki, son illərdə İran kəşfiyyat zabitləri bir neçə dəfə xarici aktivistləri
qaçırıb
.