Misirin keçmiş prezidenti Mursi vəfat edib

Qahirə Cəza Məhkəməsi “Hamasla əməkdaşlıq” iddiası üzərinə Morsinin və 23 nəfər digər müttəhimlərin mühakiməsini iyunun 18-dək təxirə salıb.

Source: google.az


Dövlət televiziyası bildirib ki, Mursi məhkəmə dinləməsindən sonra huşunu itirib və ölüb

Misirin keçmiş prezidenti Məhəmməd Mursi məhkəməyə çıxdıqdan sonra ölüb, – “Aljazeera” dövlət mediasına istinadən xəbər verir.

Dövlət televiziyası bildirib ki, Mursi məhkəmə dinləməsindən sonra huşunu itirib və sonrasında ölüb.

"Hakim qarşısında 20 dəqiqə danışırdı, sonra huşunu itirdi. O, tez bir zamanda xəstəxanaya çatdırsa da, vəfat edib" məhkəmədən qaynaq bildirib.

67 yaşlı Mursi 2011-ci ildə “ərəb baharı” inqilabı ilə 30 illik hakimiyyətinə son qoyulmuş prezident Husni Mübarəkdən sonra hakimiyyətə gəlib. 2012-ci ildə Misirin ilk dəfə olaraq demokratik yolla seçilmiş prezidenti olub. Lakin o, 2013-cü ilin iyul ayında kütləvi etiraz aksiyaları və hərbi çevrilişlə devrilib.

Mursi dörd illik hakimiyyət müddətinin yalnız bir ilini xidmət edib. Üzvü və liderlərindən olduğu “Müsəlman Qardaşları” təşkilatı o zamandan etibarən qanunsuz hesab edilir.

Qahirə Cəza Məhkəməsi "Hamasla əməkdaşlıq" iddiası üzərinə Mursinin və 23 nəfər digər müttəhimlərin mühakiməsini iyunun 18-dək təxirə salıb.

Ana səhifəDünyaMisirin keçmiş prezidenti Mursi vəfat edib