Milli Şuranın budəfəki mitinqi 9 oktyabrda reallaşan prezident seçkilərindəki saxtakarlığın ifşası tələbi ilə bağlı idi. Milli Şuranın vahd namizədi Cəmil Həsənli çıxışında İlham Əliyevin inaqurasiya mərasiminin necə keçirilməsinə də toxunaraq, tədbirin gizli reallaşması barədə danışıb. Mitinqin sonunda qətnamə oxunub və siyasi dustaqlara azadlıq tələb edilib.