Milli Məclisə yeni sədr və müavinlər seçildi

Milli Məclisin sədrinin I müavini vəzifəsinə hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynlinin, sədrin müavini vəzifəsinə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən Fəzail İbrahimlinin, sədrin digər müavini vəzifəsinə bitərəf deputatlar tərəfindən namizədliyi irəli sürülən Adil Əliyevin namizədliklikləri səsverməyə çıxarılıb.

Source: Foto: Azertac


Sahibə Qafarova yeni spiker oldu

Martın 10-da VI çağırış Milli Məclisin ilk plenar iclası keçirilib. İclasda iştirak edən ən yaşlı deputat Ziya Səmədzadənin sədrlik etdiyi iclasda Prezident İlham Əliyev iştirak edib və nitq söyləyib.

Daha sonra Z.Səmədzadə iclasın gündəliyində olan “Təşkilati məsələlər”i müzakirəyə təqdim edib. Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Hesablayıcı Komissiyası formalaşdırılıb, ardınca Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədri vəzifəsinə namizədliyi təqdim edilib. O, Yeni Azərbaycan Partiyasının sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

S.Qafarova səsvermədə Milli Məclisin sədri kimi təsdiqlənib. Onun lehinə 116 deputat səs verib.

Daha sonra Milli Məclisin yeni sədr müavinləri seçiliməsi məsələdi müzakirəyə çıxarılıb.

Milli Məclisin sədrinin I müavini vəzifəsinə hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynlinin, sədrin müavini vəzifəsinə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən Fəzail İbrahimlinin, sədrin digər müavini vəzifəsinə bitərəf deputatlar tərəfindən namizədliyi irəli sürülən Adil Əliyevin namizədliklikləri səsverməyə çıxarılıb.

Səsvermənin nəticələrinə görə, onların sədr müavini postuna seçiliblər.

Müddəti 2020-ci ilin noyabrında başa çatmalı olan V çağırış Milli Məclisin tərkibi dekabr ayında buraxılıb.

2020-ci il fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçilib. Mərkəzi Seçki Komissiyası 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləğv edib.

Martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-i üzrə Milli Məclisə deputat seçilib.

Ana səhifəSiyasətMilli Məclisə yeni sədr və müavinlər seçildi