Parlamentin spikeri iki gün ərzində iki fərqli sərəncam imzalayıb
Milli Məclisin sədri Sahibə Qafarova yeni mətbuat katibinin təyin edilməsi barədə sərəncam imzalayıb.
Bu vəzifəyə əvvəllər ATV və İTV-də aparıcı olan Ceyhun Əli təyin edilib. Məlumatı sosial şəbəkədə parlament jurnalistləri yayıb.
Mayın 5-də
spiker S.Qafarovanın Dövlət Televiziyasının Beynəlxalq əlaqələr departamentinin rəisi Elnar Məmmədovun bu vəzifəyə təyin olunması haqqında sərəncam imzaladığı barədə məlumat yayılmışdı. Bundan əvvəl qanunverici orqanın mətbuat katibi Akif Təvəkküloğlu olub.