Amma qurumun Bakı ofisi hələ susur
İyulun 2-dən bəri Milli Demokratiya İnstitutunun Bakı bürosu fəaliyyət göstərmir.
“Turan İA” Vaşinqtondakı mənbələrinə istinadən belə məlumat yayıb.
Azadlıq Radiosu xəbəri dəqiqləşdirmək üçün ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən isə Milli Demokratiya İnstitutunun (MDİ-nin) Bakı bürosuna müraciət etməyi məsləhət görüblər.
Amma Büro hələlik radionun sorğusunu cavablandırmayıb.
Azərbaycandakı qeydiyyatı ötən ilin iyulunda başa çatsa da, MDİ fəaliyyətini davam etdirirdi.
Milli Demokratiya İnstitutu Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərirdi.