Millətlər Liqası: Azərbaycan millisi yenə uduzub

Foto: Meydan TV

Slovakiya yığması Bakıda qələbəyə sevinib

Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 14-də UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.

Yığma komanda Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya millisini qəbul edib. Oyuna saat 20:00-da start verilib.

Foto: Meydan TV

Qarşılaşma Azərbaycan millisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bununla da, yığma komanda Millətlər Liqasında məğlubiyyət seriyasını davam etdirib. Azərbaycan millisi Millətlər Liqasında əvvəl keçirdiyi oyunların hamısında uduzub. Fernandu Santuşun baş məşqçisi olduğu komanda Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə məğlub olub.

Slovakiyaya məğlubiyyətdən sonra Azərbaycan millisi hesabına xal yazdırmadan, öz qrupunda sonuncu pillədə yer alıb.

Ana səhifəİdmanMillətlər Liqası: Azərbaycan millisi yenə uduzub