Mikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının sədri təyin olundu

Bu barədə Prezident İlham Əliyev yanvarın 23-də sərəncam imzalayıb.

Source:


Birinci vitse-prezidentin köməkçisi də Müşahidə Şurasının üzvü oldu

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin olunub.

Bu barədə Prezident İlham Əliyev yanvarın 23-də

sərəncam

imzalayıb.

Sərəncamla Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov, energetika nazirinin müavini Elnur Soltanov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, İnvestisiya Holdinqinin Baş İcraçı direktoru Ruslan Əlixanov Müşahidə Şurasının üzvləri təyin olunublar.

Ana səhifəİqtisadiyyatMikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının sədri təyin olundu