Məzar daşlarına çatmayan qadağalar…(VİDEO)

Yas mərasimlərində israfçılığa son qoymaq məqsədilə başladılan kampaniya çərçivəsində artıq rayonlarda ehsan süfrələri yığışdırılıb. Kampaniyanın Bakıdakı mərasim evlərinə, daha doğrusu, Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olan mərasim zallarına təsiri yoxdur. Bəs qəbir daşlarına necə, təsiri olacaqmı?

Axı israfçılıq yaradan əsas amillərdən biri də məzarüstü abidələrdir. Bir məzar daşının qiymətimin 1000  manatdan az deyil, bu rəqəm hətta 20 min manatadək yüksəlir.  Bu, həmin daşın hansı mərmərdən olmasından, üzərindəki işləmələrdən asılıdır.

Qəbir daşları hazırlayan sexlərə hər hansı xəbərdarlıqlar edilibmi? Bu məqsədlə “Qurd qapısı” məzarlığının ətrafındakı qəbirdaşı sexlərinə baş çəkdik. Sexin işçiləri bu barədə kamera önündə danışmaq istəməsələr də, hələlik bu barədə hər hansı xəbərdarlıq, qadağa edilməyib.

Ana səhifəVideoMəzar daşlarına çatmayan qadağalar…(VİDEO)