Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini
açıqlayıb
.
Seçkilərin ilkin nəticələri aşağıdakı kimidir:
İlham Əliyev – 86,09 faiz
Qüdrət Həsənquliyev – 3,04 faiz
Sərdar Cəlaloğlu – 2,97 faiz
Zahid Oruc – 3,07 faiz
Hafiz Hacıyev – 1,51 faiz
Araz Əlizadə – 1,4 faiz
Fərəc Quliyev – 1,18 faiz
Razi Nurullayev – 0, 74 faiz.
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edildi.
MSK prezidentliyə səkkiz nəfərin namizədliyini təsdiq edib – hazırki dövlət başçısı İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.
Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.
Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.