Meyxanaçı Rəşad Dağlının məhkəməsi başlayır

Rəşad Dağlı

İstintaq başa çatıb

Qəsdən adam öldürmə ittihamıyla həbsdə olan meyxanaçı, “Rəşad Dağlı” ləqəbiylə tanınan Rəşad Əmirov yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Onun işi üzrə istintaq başa çatıb və cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1984-cü il təvəllüdlü Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur. Bu maddədə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qətl hadisədi 2022-ci il noyabrın 9-da səhər saat 5 radələrində Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Rəşad Əmirov özü polisə təslim olaraq, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi öldürdüyünü etiraf edib.

Hadisənin şəxsi mübahisə zəminində baş verdiyi bildirilir. Meyxanaçı Qaradağ Rayon Məhkəməsində barəsində istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilərkən hadisəni qarşı tərəfin təhqirlərinə dözməyərək törətdiyini deyib.

Hadisə Rəşad Əmirova məxsus avtomobildə baş verib.

Ana səhifəXəbərlərMeyxanaçı Rəşad Dağlının məhkəməsi başlayır