MeydanTV-nin əməkdaşlarına qadağa qoyuldu

“Avropa Oyunları bitər-bitməz Meydan TV-yə qarşı repressiya başlayıb”

Source:


“Avropa Oyunları bitər-bitməz Meydan TV-yə qarşı repressiya başlayıb”

Bu fikirləri Meydan TV-nin icraçı direktoru Emin Milli Facebook səhifəsində yazıb. O bildirir ki, Meydan TV-nin əməkdaşlarına Azərbaycanın sərhədini keçməyə icazə verilməyib:

“Meydan TV-nin jurnalistləri Aytən Fərhadova, Şirin Trie, Elnur Muxtarov və Natiq Cavadlı iyunun 30-da Tiflisə getmək məqsədilə sərhədi keçmək istəyiblər, amma onlara icazə verilməyib. Onlara bildirilib ki, ölkəni tərk etmələrinə rəsmi qadağa var.

Əvvəlki olaylardan çıxış edərək düşünürük ki, hazırda Meydan TV-yə qarşı cinayət işi açılıb və istintaq gedir. Hökumət Meydan TV-yə qarşı repressiyaya Avropa Oyunlarının rəsmi bağlanış mərasimindən cəmi bir gün sonra başlayıb. Bir neçə gün öncə Əliyev hakimiyyəti şəxsən məni hədələyib, indi də jurnalistlərin ölkədən çıxmasına qadağa qoyulub”.

Jurnalistlər yaxın bir neçə gündə DİN-ə qarşılaşdıqları qadağa ilə bağlı sorğu göndərəcəklər.

Meydan TV müstəqil onlayn televiziyasıdır, 2013-cü ildən fəaliyyət göstərir.

Ana səhifəXəbərlərMeydanTV-nin əməkdaşlarına qadağa qoyuldu