Cəmiyyətdəki problemləri ört-basdır etmək niyə hələ də normal sayılır? Həmin problemləri dilə gətirənlər niyə ictimai qınaq obyektinə çevrilir? Fəaliyyəti tənqid olunmalı vəzifəli şəxslər isə niyə həmin adamlara qarşı qaralama kampaniyalarına başlayır və bu kampaniyada iştirak edənləri mükafatlandırır? Bütün bu sualları çox gənc yaşlarından aktivizmə başlayan hüquq müdafiəçisi, ictimai fəal Samirə Bayramovaya ünvanladıq.