Meydan TV-yə şikayət etdi, saxlanıldı

Famil Bağırov. Foto: Ailəsindən

Meydan TV-yə şikayətini bildirən Famil Bağırov iyulun 14-də Yasamal Rayonu 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ailəsi deyir ki, 4 nəfər mülki geyimli şəxs Famil Bağırovu həmin gün bilinməyən istiqamətə aparıb və saatlarla ondan xəbər alına bilməyib.

“Dünən saat 17:30 radələrində 4 nəfər Famili apardı. Bütün gün xəbərimiz olmadı. Sonra zəng etdi, siqaret istədi. Bu gün gedib gördüm. Vəkil tutmağa da imkanımız yoxdur. Bilmirəm necə olacaq. Çox danışmağa imkanımız olmadı”, – deyə ailəsi bildirib.

Ailənin sözlərinə görə, polis əməkdaşları Famil Bağırovdan paylaşılan videonun silinməsini tələb ediblər. 

İyulun 13-də Famil Bağırovun Meydan TV-də şikayəti yayımlanmışdı. Onun atası Zahidağa Bağırov 2016-cı ilin may ayında qəza keçirib. Zahidağa Bağırov yol kənarı ilə gedərkən DSX-nin əməkdaşı Samir Nadirov idarə etdiyi xüsusi zirehli avtomobillə onu vurub. 

Famil Bağırovun sözlərinə görə, həmin il Astara Rayon Polis Böməsinin İstintaq Şöbəsinin müstəntiqi Bəhruz Qulamov və Astara Rayon Prokuroru Zakir Saatov hadisəni törədən şəxsi cinayət məsuliyyətindən azad edib.

Ana səhifəSiyasətMeydan TV-yə şikayət etdi, saxlanıldı