“Meydan TV işi” üzrə məhkəmə prosesi başlayır

Kollaj: Meydan TV

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan 12 jurnalistin cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. Prosesə hakim Aytən Əliyeva sədrlik edəcək.

“Meydan TV işi” üzrə həbs olunan jurnalislər Cinayət Məcəlləsinin bir neçə maddəsi – 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma), həmçinin 320.1 (sənəd saxtalaşdırma) və 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilirlər.

Bu iş üzrə ilk saxlanmalar 2024-cü il dekabrın 6-da başlayıb. Həmin gün Meydan TV-nin əməkdaşları Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, eləcə də Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov saxlanılıb.

Sonrakı aylar ərzində eyni iş üzrə daha dörd jurnalist: fevral ayında “arqument.az” saytının baş redaktoru və Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), Nurlan Qəhrəmanlı (Libre), Fatimə Mövlamlı, mayda Ülviyyə Əli (Quliyeva), avqust ayında isə fotojurnalist Əhməd Muxtar həbs olunub.

Jurnalistlər bütün ittihamları rədd edir və onların siyasi sifarişlə, peşə fəaliyyətinə görə hədəf alındıqlarını bildirirlər.

Ana səhifəSiyasət“Meydan TV işi” üzrə məhkəmə prosesi başlayır