MeyArt: Köhnə Bakı fırça yaddaşında

Hələ küçələrə mərmərlər döşənməyib, başımızı göyə qaldıranda səmaya uzanan göydələnlər yoxdu, ensiz küçələr maşın dayanacaqlarına çevrilmir, nə uğultu var, nə də tıxac. Köhnə Bakı rəssam Rauf Canıbəyovun fırçasından kağıza köçürülüb. İxtisasca həkim olan Rauf Canıbəyov aprelin 8-də Tarix muzeyində 20-ci əsrin Bakısının ruhunu əks etdirən sərgi təşkil edib. 

“Grammy” mükafatının qalibləri elan olunub.“Silc Sonic” rep dueti ifa edilən “Leave The Door Open” kompozisiyası “İlin mahnısı” nominasiyası üzrə nüfuzlu “Grammy” musiqi mükafatına layiq görülüb.

Ən yaxşı “pop albom” mükafatına Ledi Qaqa və Toni Bennetin “ Love for Sale” mahnısı layiq görülüb.

Ukrayna prezidenti Zelenski də Grammy mərasimində videomüraciət edib. O hər kəsi Ukraynada yaşananlara səssiz qalmamağa çağırıb.

Böyük Britaniyanın “Pink Floyd” qrupu Ukraynaya hərbi müdaxiləyə etiraz əlaməti olaraq yeni kompozisiya təqdim edib. Musiqi Ukraynalı musiqiçi  Andriy Xlivnyukun ifası ilə birgə hazırlanıb.

Rusiyada da populyar olan Bumboks qrupunun üzvü Rusiya Ukraynanı işğala başlayanda ABŞ turunu yarıda qoyub, əlinə silah alıb döyüşməyə getdi. 3 gün sonra, o, Intsagram hesabında Ukraynada məşhur The Red Vibirnum in the Meadow mahnısı oxudu. Mahnı sözlərində Ukrayna kədərli, əyilmiş çiçək kimi təsvir edilir, onun yenidən dirçələcəyinə ümid ifadə edilir.

Qrup üzvləri bildiriblər ki, satışdan əldə olunan gəlirləri Ukraynaya humanitar yardım edəcəklər.

Mayda Türk müğənnilərinin Bakıya səfəri planlaşdırılır. May 1-də Türkiyənin məşhur rok qrupu “Duman” Bakı Konqres Mərkəzində konsert verəcək. Biletlər 15-190 manat arasında dəyişir. Edisin konserti 2 gün- mayın 7 və 8si davam edəcək. 14 mayda isə məşhur musiqiçi Fazıl Say Heydər Əliyev sarayında səhnə alacaq. Eyni tarixdə  Bakı Konqres Mərkəzində Sibelcan da çıxış edəcək. 22 mayda isə Türkiyədə fəaliyyət göstərən “No Land” qrupu Azərbaycan tamaşaçıları üçün ifa edəcək.

Ana səhifəMədəniyyətMeyArt: Köhnə Bakı fırça yaddaşında