MeyArt – “Karvan” qrupu 30 ildən sonra yenidən səhnədə

30 ildən sonra əfsanəvi “Karvan” qrupu yenidən bir arada səhnə alacaq. “Karvan” qrupunun konserti mayın 24- də Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti 20- 150 manat arasında dəyişir.

Bakıda heykəllər yuyulacaq. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə aprelin 18-də Mədəniyyət Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Təmiz heykəl” adlı layihə həyata keçiriləcək. Layihə çərçivəsində Bakı şəhərində sənət nümunələrindən olan heykəl, büst və barelyeflərin xüsusi məhlullarla təmizlənməsi və yuyulması nəzərdə tutulur. 

Dünyanın ən zəngin iş adamı Elon Musk “Twitter” platformasının bütün hissələrinə sahib olmaq istəyir. Musk sosial şəbəkəni əldə etmək üçün 41 milyard dollara yaxın pul təklif edib. O deyir ki, 

“Twitter”ın dünya çapında ifade azadlığı platforması olmasına inandığı üçün sərmayə qoyub.  İfadə azadlığının işləyən demokratiya üçün sosial məcburiyyət olduğuna inandığını deyir.

50 yaşındaki Elon Musk 80 milyona yaxın izləyicisiylə “Twitter”in en populyar istifadəçilərindəndir. 

Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin musiqiçiləri Ukraynadakı hərbi münaqişəyə görə qadağalarla üzləşən rusiyalı həmkarlarına dəstəklərini bildiriblər. Orkestrin rəhbəri Sibel Ayhan Bayer musiqinin siyasətdən daha üstün olduğunu deyib. Bildirib ki, konsert repertuarlarında daim rus bəstəkarlarına müraciət olunur və rusiyalı ifaçılarla daimi əməkdaşlıq əlaqələri qurulur.

Rusiyanın hərbi qüvvələri fevralın 24-də Ukrayna ərazisinə daxil olandan sonra, əksər dövlətlər ona sanksiya tətbiq edib.

Bu qadağalar mədəniyyətə sahəsindən də yan keçmədi.

75-ci Kann Film Festivalı bu il mayın 17-dən 28-dək Fransada keçiriləcək. Festivalın əsas nümayəndəsi Tyeri Fremo Kann Film Festivalının Ukraynadakı müharibə, dəyişmiş və yenidən dəyişəcək dünya şəraitində baş tutacağını bildirib. Bu il Kann Festivalına 2200-dən çox film təqdim olunub. Onlardan təxminən 20-si “Qızıl Palma” üçün yarışacaq. Fransada keçiriləcək festival Ukrayna xalqının maraqlarını təmin edən şərtlərlə hücum dayandırılana qədər Rusiya hökumətinə bağlı rəsmi nümayəndə heyəti qəbul edilməyəcək. Ancaq bir müddətdir Almaniyada yaşayan müxalif rus rejissor Kirill Serebrennikov “Çaykovskinin arvadı” filmi ilə “Qızıl Palma” mükafatı üçün yarışacaq.

Ana səhifəVideoMeyArt – “Karvan” qrupu 30 ildən sonra yenidən səhnədə