MeyArt: Beren Saatla Kıvanç Tatlıtuğ eyni filmə çəkilir

Yaşamımızın baş rolunda, özümüzün qəhrəmanına çevrilə bilirik, ya ömrümüzün səhifələrini sorğulamadan adlayırıq. Bu həftə müstəqil rejissor İlkin Yusif “Mən qəhrəman axtarıram” adlı sənədli filmi ilə həm də bu suallara cavab axtarıb. Filmin premyerası martın 15-də Azərbaycan kinoteatrında baş tutub.

Bu həftə əsərləri ilə Azərbaycanı dünya miqyasına çıxaran kinodramaturq Rüstəm İbrahimbəyovla vida mərasimi keçirildi. Kino mütəxəssisi ilə sağollaşmağa ssenarilərinə həyat verən aktyorlar, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, onu sevərlər də gəlib. 

Rusiyada ukraynalı musiqiçilərə, eləcə də Ukraynada hərbi əməliyyatlara qarşı çıxan rus sənətçilərə qadağa qoyulub. Ölkənin müxtəlif regionlarında, həmçinin Moskva restoranlarında çıxış edən musiqiçilərə “qara siyahı” təqdim edildiyi deyilir. 

Bir zamanların milyonları ekrana kilidləyən “Aşkı-Memnu”-nun baş qəhrəmanları  Kıvanç Tatlıtuğ və Beren Saatın 14 ildən sonra yenidən bir filmdə çəkiləcəyi deyilir. 

Hollivud aktyoru Arnold Şvartsenegger twitter hesabından rus xalqına və Putinə müraciət edib. O, rus əsgərlərini gerçəkləri görməyə, hökumətin apardığı propaqandaya inanmamağa çağırıb.

Ana səhifəMədəniyyətMeyArt: Beren Saatla Kıvanç Tatlıtuğ eyni filmə çəkilir