MeyArt: Azərbaycanda ilk rok festivalı: “Bu bir oyanışdır”

Roksevərlərə sevindirici xəbər. Azərbaycanda ilk dəfə rok festivalı keçirilir. İyunun 11-12 də Qara Dərviş, Dədə Baba, The Passion və digər rokçular Heydər Əliyev sarayında səhnə alıb. Rok gecəsinin açılışında musiqiçilərin səhnədəki performansı tamaşaçıların coşğulu alqış səslərinə qarışmışdı. 

Xalq artisti, Rasim Balayev yerli mediada LGBTQ icmasına qarşı çıxış edib. O LGBTQ icmasını xəstə adamlar adlandıraraq onları cəmiyyətdən ayırmaq lazım olduğunu deyib. Rasim Balayev bu günlərdə Kinematoqrafçılar İttifaqının sədri seçilib.  Sədrin fikirləri Kinematoqrafçılar İttifaqının siyasətinə təsir edəcəkmi? Bu barədə idarə heyətinin üzvlərindən soruşduq.

6-7 iyul tarixlərində caz musiqisi sevənlər üçün 4-cü “Bakı Yay Caz Günləri” keçiriləcək.

Bu il konsertlər Heydər Əliyev Mərkəzinin parkında, açıq havada keçiriləcək. Festival səhnəsində Azərbaycanın caz qrupları da yer alacaq. Giriş sərbəstdir.

Rumıniya hökuməti Avropa Yayım Birliyini məhkəməyə verəcək. Səbəb “Eurovision 2022” müsabiqəsi zamanı münsiflər heyətinin bu ölkənin qiymətləndirmələrini ləğv etməsidir. Mayın 14-də Turində keçirilən “Eurovision 2022″ beynəlxalq musiqi müsabiqəsinin finalında Rumıniya peşəkar münsiflər heyəti 12 xalı Moldovaya versə də, təşkilatçılar həmin xalları Ukraynanın xeyrinə hesablayıb.

Rumıniyanın TVR telekanalının direktoru Dan Turturike bildirib ki, ölkə həmçinin beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina etməyi planlaşdırır.

Ana səhifəVideoMeyArt: Azərbaycanda ilk rok festivalı: “Bu bir oyanışdır”