Nazirlər Kabineti yeni qərar qəbul edib
Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılacaq.
Bu barədə Azərbaycan Nazirlər Kabineti qərar qəbul edib. Qərarın dövlət başçısı İlham Əliyevin təşəbbüsü əsasında qəbul olunduğu bildirilir. Qeyd olunub ki, İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.