Mətbuat katibi: Paşinyanı “İskəndər”lə bağlı düzgün məlumatlandırmayıblar

“Baş nazirin bəyanatının “hərbi və texniki əməkdaşlıq çərçivəsində erməni-rus müttəfiq münasibətlərinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur”, – mətbuat katibi bəyan edib.

Source: Иллюстрация Мейдан ТВ


“Rusiya silahının dünyada ən yaxşı silahlardan biri olması da heç bir şübhə doğurmur”

“Nikol Paşinyanın Rusiya istehsalı olan “İskəndər”lərin qeyri-effektiv olması barədə bəyanatı Baş nazirin düzgün məlumatlandırılmaması ilə bağlı olub. Bu məsələ Rusiya Prezidenti Vladimir Putinlə yaxın günlərdə baş tutmuş telefon söhbəti zamanı qaldırılıb”.

Bu barədə Ermənistanın Baş nazirinin mətbuat katibi Mane Gevorkyan xəbər verib.

“Ermənistanın Baş naziri və Rusiyanın Prezidenti arasında yaxın günlərdə baş tutmuş telefon söhbəti zamanı digər məsələlərlə yanaşı Ermənistanın Baş nazirinin ölkə tərəfindən “İskəndər” sistemlərinin tətbiqi barədə bəyanatı müzakirə olunub. Ermənistanın Baş naziri mövcud faktların və məlumatların tutuşdurulmasına əsasən belə bir nəticəyə gəlib ki, həmin vəziyyətlə bağlı düzgün hesabat edilməyib”, – Gevorkyan deyib.

“Baş nazirin bəyanatının “hərbi və texniki əməkdaşlıq çərçivəsində erməni-rus müttəfiq münasibətlərinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur”, – mətbuat katibi bəyan edib.

“Rusiya silahının dünyada ən yaxşı silahlardan biri olması da heç bir şübhə doğurmur. Ermənistan hərbi sənaye və yüksək texnologiya sahəsində Rusiya ilə sıx əməkdaşlığa davam edir və bu əməkdaşlığın daha da dərinləşməsi üçün yeni addımlar atmaq niyyətindədir”, – Gevorkyan söyləyib.

Yerevanda növbəti siyasi böhran Paşinyanın Rusiyanın istehsalı olan “İskəndər”lər barədə ehtiyatsız sözlərindən sonra alovlanıb. Həmin vaxt Paşinyan “İskəndər” raketlərinin keyfiyyətsiz olduğunu bəyan edib.

KİV-in məlumatına görə, Ermənistan Baş qərargahının rəis müavini Baş naziri ələ salıb və bu səbəbdən istefaya göndərilib. Onun ardınca Baş qərargahın rəisinə də istefaya getmək təklif olunub.

Fevralın 25-də Ermənistanın silahlı qüvvələri Paşinyanın özünün istefa tələbi ilə bəyanat yayıb. Baş nazir bunu çevriliş cəhdi kimi qiymətləndirib və öz tərəfdarlarını küçəyə çıxmağa çağırıb. Müxalifətsə barrikadalar yaradıb və parlament binasının yanında çadır düşərgəsi qurub. Onlar hakimiyyətlə danışıqlara köklənməyiblər və Baş nazirin istefasını tələb edirlər.

Ana səhifəDünyaMətbuat katibi: Paşinyanı “İskəndər”lə bağlı düzgün məlumatlandırmayıblar