Məşhur yazıçı “Oskar”ı irqi və cinsi ayrı-seçkilikdə ittiham edib

Sonda Stiven Kinq xatırladıb ki, biz hamımız ideal olmayan bir dünyada yaşayırıq, “Oskar” da bunu sadəcə, təsdiq edir.

Source: Foto: lenta.ru


Müəllifin fikrincə, bir sıra istedadlı kinematoqrafçıların gözardı edilməsi münsiflər heyətinin tərkibi ilə bağlıdır

Məşhur yazıçı

Stiven Kinq

Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyasını irqi və cinsi ayrı-seçkilikdə ittiham edib.

Yazıçı “The Washington Post” qəzetindəki köşəsində “Oskar” mükafatının yalnız ağdərililərə verildiyini yazıb. Müəllif qeyd edib ki, bir sıra istedadlı kinematoqrafçıların gözardı edilməsi münsiflər heyətinin tərkibi ilə bağlıdır.

Onun sözlərinə görə, səkkiz il öncə “Oskar”ın münsiflər heyətində 94 faiz ağdərili olub. Onların 77 faizi kişilərdən ibarət imiş. Bu il qadınlar münsiflər heyətinin ümumi sayının 32% -ni təşkil edir.

Yazıçı daha sonra deyir ki, Amerika Kino Şəkil Sənətləri və Elmləri Akademiyası irqi və cins müxtəlifliyi vəziyyətini dəyişdirməyə çalışır, lakin bunu çox ləng edir.

Sonda Stiven Kinq xatırladıb ki, biz hamımız ideal olmayan bir dünyada yaşayırıq, “Oskar” da bunu sadəcə, təsdiq edir.

Ana səhifəMədəniyyətMəşhur yazıçı “Oskar”ı irqi və cinsi ayrı-seçkilikdə ittiham edib