“Məktəblərin koronavirusa görə bağlanması məsələsi müzakirə olunmur”

Onun sözlərinə görə, bütün xəstəxanalarda işçilər qoruyucu vasitələrlə və zəruri dərmanlarla təmin olunublar.

Source: Foto: sosial şəbəkə


Karantində 224 nəfərin saxlanıldığını deyilir

Fevralın 28-də Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahda brifinq keçirilib.

Tədbirdə çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib ki, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb və lazımi analizlər götürülüb. Nəticədə həmin şəxsin koronavirusa yoluxduğu müəyyənləşib. Hazırda vəziyyəti stabildir.

Şöbə müdiri sərhəd keçid məntəqələrində iki mərhələli yoxlamaların olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bütün xəstəxanalarda işçilər qoruyucu vasitələrlə və zəruri dərmanlarla təmin olunublar. Bunun üçün Qobustan, Astara və Cəlilabad rayon xəstəxanaları, dəstək olaraq da Biləsuvar, Masallı və Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəz, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 7 saylı Uşaq xəstəxanası ayrılıb.

TƏBİB-in İşçi Qrupunun rəhbəri Vasif Əliyev karantində 224 nəfərin saxlanıldığını deyib:

“Bunlardan 12-si İran, 1-i İtaliya, 7-si digər ölkələr, qalanları Azərbaycan vətəndaşıdır. Müayinələr zəncirvari reaksiyalar vasitəsilə aparılır və cavab bir müddət vaxt alır. Rəqəmlər daim dəyişir. Mənfi cavabı çıxanlar evə müşahidəyə buraxılır. Amma koronavirus olmasa belə, başqa respirator xəstəliyi olanlar müalicə olunmalıdır".

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev xəbərdarlıq edib ki, xəstə uşaqların məktəbə və bağçaya aparılmaması lazımdır. Hazırda məktəblərin bağlanması müzakirə olunmur: “Koronavirus o qədər geniş yayılmayıb ki, bu cür qərar verilsin. Koronavirusun yayılması genişlənərsə, məktəb və universitetlərin bağlanmasından söhbət gedə bilər”.

Ana səhifəSosial“Məktəblərin koronavirusa görə bağlanması məsələsi müzakirə olunmur”