Mənbə: Meydan tv

Məktəblərdə səyyar vaksinasiya məntəqələri yaradılıb

Təhsil işçilərinin peyvəndlənməsi aparılacaq

Məktəblərdə təhsil işçilərinin yenidən səyyar vaksinasiyasına başlanılıb.

Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını aparacaq.

Bildirilir ki, səyyar peyvəndləmə məntəqələrinin sayının artırılmasında məqsəd prosesin sürətləndirilməsidir.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Report”a Bakıda insanların sıx yaşadığı yerlərdə təhsil işçiləri üçün 5 peyvənd məntəqəsi yaradıldığını deyib.

Yaradılan məntəqələr pandemiya şəraitində ənənəvi tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi üçün nəzərdə tutulub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kzn0ja

Ən çox baxılan