Meksikanın naziri uçuşu gecikdirdiyi üçün istefa verib

“Heç kimin digəri üzərində üstünlüyü olmamalıdır”

Source: Meydan.TV


“Heç kimin digəri üzərində üstünlüyü olmamalıdır”

Meksikanın Ətraf mühit və təbii sərvətlər naziri kommersiya aviareysinin 40 dəqiqə gecikdirilməsindən sonra şənbə günü istefa verib.

Yozefa Qonzales Blanço (Josefa Gonzalez Blanco) istefasını Prezident Andres Manuel Lopez Obradora təqdim edib. Blanço cümə günü Aeromexico uçuşunun təxirə salmağı xahiş edib.

"Buna heç cür haqq qazandırmaq olmaz," – Qonzales Blanço deyib.

"Meksikanın əsl transformasiyası ədalət və bərabərlik dəyərlərinə uyğun olmalıdır. Heç kimin digəri üzərində üstünlüyü olmamalıdır. Birinin marağı, hər hansı bir işi yerinə yetirmək olsa belə, əksəriyyətin rifahından üstün olmamalıdır," – o, məktubunda yazıb.

Uçuşun gecikdirilməsinin "prezident sifarişli" olması ilə bağlı anonsdan sonra hadisə təyyarənin digər sərnişinləri tərəfindən narazılıqla qarşılanıb və media tənqid edib.

"Təyyarənin gecikdirilməsində heç bir prezident göstərişi olmayıb. Baş verənlərdə tək cavabdeh mənəm," – Qonsales Blanço “Twitter hesabında qeyd edib.

Lopez Obrador 1 dekabrda korrupsiyanın kökünü kəsməyə söz verərək prezident postunu təhvil alıb. O, nazirin istefasını qəbul edib.

"Biz təkəbbür göstəricilərinə tolerantlıq göstərə bilmərik," – “El Pais” qəzeti ona istinadən qeyd edib:

"Biz düzgün davranmalıyıq: sıfır korrupsiya, sıfır təsir, sıfır nepotizm, və bunların heç biri siyasətdə olmamalıdır".

Lopez Obrador hakimiyyətə gələrkən özü də daxil olmaqla bütün yüksək rütbəli rəsmilərin xidməti təyyarələrdə deyil, kommersiya təyyarələrində səyahət edəcəyini vəd edib. O, "keçmişin imtiyazlarını" ortadan qaldıracağını deyib.

Qonsales-Blanço bu həftə hökumətdə istefa verən ikinci məmurdur. Onda öncə isə Meksika Sosial Təhlükəsizlik İnstitutunun rəhbəri German Martinez Kazares (Cazares) istefaya getmişdi. Martinez Kazares səhiyyə xərclərindəki kəsirlərə görə istefa verib.

Ana səhifəDünyaMeksikanın naziri uçuşu gecikdirdiyi üçün istefa verib