Meksika prezidenti Rusiyanın koronavirus peyvəndini sınamaq üçün könüllüdür

“Mən ilk peyvənd edilənlərdən olacağam”

Source: Reuters

Meksika Prezidenti Andres Manuel Lopez Obrador bazar ertəsi koronavirusa qarşı istehsal edilmiş Rusiya peyvəndini sınayan ilk adamlardan biri olacağını deyib, – “Reuters” deyib.

Moskvanın peyvəndi təsdiqləməsi və iki aydan az bir müddətdə yetərli insan testindən keçməmiş vaksinin istehsal edilməsi qərarı bəzi elm adamlarının narahatlığına səbəb olub. Onların fikrincə, klinik sınaqların yalnız 10% -i uğurlu olub və belə olan halda vaksinin təsdiqlənməsi doğru deyil. Alimlərin fikrincə, Rusiyanın məqsədi qlobal təhlükəsizlik deyil, nüfuzunun artmasıdır.

“Mən ilk peyvənd edilənlərdən olacağam”, Lopez Obrador mətbuat konfransında bildirib.

Qlobal peyvənd arayışları davam edir.

Meksika və Argentina hökumətləri vaksin istehsal etmək üçün “AstraZeneca Plc” dərman şirkəti ilə tərəfdaşlıq edirlər.

Meksika Xarici işlər nazirinin müavini Martha Delgado ölkəyə 200 milyona qədər vaksin dozası lazım olduğunu deyib. Onun fikrincə, sınaqların üçüncü fazası müvəffəqiyyətlə bitərsə, ilk vaksin gələn ilin aprelinə hazır olacaq.

Meksika hökuməti bu günə qədər 522,162 təsdiqlənmiş koronavirusa yoluxma halı və 56,757 ölüm faktı qeydə alıb.

Ana səhifəDünyaMeksika prezidenti Rusiyanın koronavirus peyvəndini sınamaq üçün könüllüdür