Məişət zorakılığına məruz qalanlar dövlət hesabına vəkillə təmin ediləcək

Foto: NK

Baş nazir yeni qərar imzalayıb

Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin ediləcək.

Bu barədə Nazirlər Kabinetinin “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası”nda bildirilir.

Yeni qaydaya görə, məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Zorakılığa məruz qalmış şəxslər dövlət hesabına vəkillə təmin ediləcək, digər hüquqi məsrəfləri qarşılanacaq.

Qərar Baş nazir Əli Əsədov tərəfindən iyulun 25-də imzalanıb və həmin gündən qüvvəyə minib.

Ana səhifəSosialMəişət zorakılığına məruz qalanlar dövlət hesabına vəkillə təmin ediləcək