“Məhsul” stadionu təmir edilir, yoxsa yerində bina tikilir?

“Məhsul” stadionu təmir edilir, yoxsa yerində bina tikilir?

Yasamal rayonunun "Məhsul" stadionu kimi tanınan İdman-Sağlamlıq Kompleksində qazıntı işləri aparılıb. Yaxınlıqda yaşayan sakinlər yeganə istirahət yerlərində bina tikiləcəyindən narahatdırlar. Onlar stadionu qorumaq üçün birləşib, "Məhsul" Ağsaqqallar İctimai Birliyini yaradıblar.

Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən bu stadion mitinq məkanı kimi də tanınır. Sonuncu dəfə burada ötən il yanvarın 19-da mitinq keçirilib. Bakı Şəhər İcra Hakimiyyəti sakinlərin səsdən narahat olduğunu bildirərək sonrakı aksiyalara icazə verməyib.

"Məhsul" stadionu 1983-ci ildə salınıb. 2019-cu ilin sentyabrında stadionun əsaslı təmir üçün bağlandığı açıqlanıb. Yasamal Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Ramin İsrafilov yerli mediaya açıqlamasında ərazidə yalnız təmir bərpa işləri aparıldığını, heç bir bina tikintisinə başlanmadığını deyib. Onun sözlərinə görə sakinlərin narahatlığı əsassızdır, stadion təmir olunub, yenidən idman yarışlarına ev sahibliyi edəcək.

Ana səhifəVideo“Məhsul” stadionu təmir edilir, yoxsa yerində bina tikilir?