“Mehriban Əliyeva ilə bağlı reportajlarıma görə qohumum həbs edildi”

“Mehriban Əliyeva ilə bağlı reportajlarıma görə qohumum həbs edildi”

Şahlar Saqiyev deyir, oğlu həbs olunandan sonra Turan TV-nin aparıcısı Türkel Azərtürkün verilişinə baxmağa başlayıb. Onun oğlu Emin Saqiyevlə aparıcı bacanaqdır. 2017-ci ilin noyabrın 14-də Emini həbs ediblər. O, böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Amma atası deyir ki, oğlunu bacanağının jurnalist fəaliyyətinə görə həbs ediblər.

2 oktyabr 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Saqiyevə hökm oxunub. O, 7 il azadlıqdan məhrum edilib. Emin Saqiyev məhkəmədəki son sözündə deyib:

“”Bandotdel”də mənə açıqca deyirdilər ki, “Sən bizi aldadırsan. Sənin necə Türkellə əlaqən yoxdur ki, sən noyabr ayının birində Türkeli ata olmağı münasibəti ilə təbrik etmisən”. Bu nə deməkdir axı? Adam nəinki qohumunu, hətta ən əclaf qonşusunu da övladı olanda təbrik edir. Bu, məgər cinayət tərkibi yaradırmı? ”

Türkel Azərtürk Avropada mühacir həyatı yaşayır. O, 2016-cı ildən müxalif Turan TV-də “Xəbər var” müəllif proqramının aparıcısıdır. Türkel deyir ki, aparıcılıq edəndən sora Cəlilabad və Lənkəranda yaşayan qohumları Dövlət Təhlükəsizliyi Xidmətinə çağrılaraq təhdid olunub, bir neçə qohumu işdən çıxarılıb. O bildirir ki, işini davam etdirdiyinə görə bu dəfə bacanağı həbs olunub. Soruşuruq ki, niyə məhz 2017-ci ilin noyabrında onun qohumunu həbs ediblər?

Mühacir fəal insanların qohumlarının təqib olunması məsələsi bundan əvvəllər də mübahisə mövzusu olub. Bir neçə il əvvəl «Azadlıq» qəzetinin Avropaya mühacirət etmiş baş redaktoru Qənimət Zahidin bir neçə qohumu də narkotik ittihamı ilə həbs edilmişdi. Meydan TV-nin keçmiş rəhbəri Emin Millinin qaynı da cinayət ittihamına məruz qalmışdı. Sözügedən şəxslər yaxınlarının məhz onların fəaliyyətinə görə cəzalandırıldığını bildirmişdilər.

Türkelin verilişinə baxan Şahlar Saqiyev isə onun dediklərindən narazı qalmadığını, doğru xəbər verdiyini deyir.

Ana səhifəVideo“Mehriban Əliyeva ilə bağlı reportajlarıma görə qohumum həbs edildi”