Prezident ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədrini mükafatlandırdı
İyunun 29-da “Bulvar” otelində Birinci Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, tədbirdə prezident İlham Əliyev də iştirak edib. Ölkə başçısı oyunların yüksək səviyyədə təşkil olunduğunu və uğurla başa çatdırıldığını bildirib. Prezident Bakıda keçirilən yarışda əməyi keçən ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunduğunu açıqlayıb.
Mehriban Əliyeva “Heydər Əliyev” ordeninə ikinci dəfə layiq görülür. İlk dəfə o, 2009-cu ildə Azərbaycanda da ən böyük mükafatlardan hesab edilən Heydər Əliyev Ordeni ilə təltif olunub.
Bundan başqa, tədbirdə gənclər və idman naziri Azad Rəhimov “Şöhrət”, fövqəladə hallar naziri Kəmaləddin Heydərova “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.