Məhkəməyə bibər qazı atmaq cəhdi

NİDA-çılarla mühafizəçilər arasında qalmaqal yaşandı

Source:

İyulun 17-də Bakı Apellyasiya Məhkəməsində qalmaqal yaşanıb. NİDA-çıların məhkəmə prosesində vəkil Xalid Bağırov hüquqlarını müdafiə etdiyi Zaur Qurbanlıya məktub verərkən mühafizəçilər məsələyə müdaxilə ediblər. Mühafizəçilərdən biri onun əlindən vuraraq məktubu yerə atıb. Bu zaman məhbus Zaur Qurbanlı etiraz edib. Nəticədə mühafizəçilərdən biri məhkəmə zalına bibər qazı gətirib. Yalnız hakimlərin və digər mühafizəçilərin məsələyə müdaxiləsi nəticəsində həmin mahifizəçi zaldan uzaqlaşdırılıb.

Ana səhifəXəbərlərMəhkəməyə bibər qazı atmaq cəhdi