Məhkəmə Xalid Bağırovun kollegiyadan çıxarılması ilə bağlı iddianı təmin edib

“Nizami rayon Məhkəməsinin hakimi Habil Əhmədov sağ olsun, haqlı olduğuma qərar verdi”

Source:


“Nizami rayon Məhkəməsinin hakimi Habil Əhmədov sağ olsun, haqlı olduğuma qərar verdi”

Bu gün Nizami rayon Məhkəməsində tanınmış vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı iddia ərizəsinə baxılıb.

Məhkəmə Xalid Bağırovun üzvlükdən çıxırılması ilə bağlı Kollegiyanın iddasını təmin edib və vəkili kollegiyadan uzaqlaşdırıb.

Bu barədə Arqument.Az-a Xalid Bağırov məlumat verib.

Vəkil “hakim ədalət mühakiməsinin olmadığını təsdiq etdi” deyə məhkəmənin qərarına ironik münasibət bildirib: “Mən demişdim ki, Azərbaycanda ədalət mühakiməsi yoxdur. Buna görə məni Vəkillər Kollegiyasından uzaqlaşdırmışdılar. Nizami rayon Məhkəməsinin hakimi Habil Əhmədov sağ olsun, haqlı olduğumu qərar verdi. O da mənimlə həmfikir imiş. Sübut elədi ki, Azərbaycanda ədalət mühakiməsi yoxdur”.

Ana səhifəXəbərlərMəhkəmə Xalid Bağırovun kollegiyadan çıxarılması ilə bağlı iddianı təmin edib