Məhkəmə sakinlərin Vahid Mustafayevə qarşı iddiasını təmin edib

Məhkəmə Mustafayevdən 2015-2019-cu illər üçün 6476 manat borcunun və 30 manat məhkəmə rüsumunun alınması barədə qərar çıxarıb.

Source: Foto: Turan İA


Vahid Mustafayevin qonşularına qarşı "mənəvi ziyana" görə 10000 manat ödənilməsi haqqında iddiası isə təmin olunmayıb

Fevralın 4-də Yasamal Rayon Məhkəməsi Qurban Xəlilov küçəsi 5 ünvanında yerləşən bina sakinlərinin 215 kv.metrlik beş otaqlı mənzil sahibi, bağlanmış ANS telekanalının rəhbəri Vahid Mustafayevə qarşı iddiasını təmin edib.

Prosesə hakim Emin Mehdiyev sədrlik edib.

Məlumatı “Turan” İA yayıb.

Bildirib ki, məhkəmənin qərarına əsasən, Vahid Mustafayev binadakı 44 ailənin maraqlarını təmsil edən "Yasamal-15" Mənzil Mülkiyyətçiləri Cəmiyyətinə borcunu ödəmək məcburiyyətindədir. Eyni zamanda, məhkəmə Vahid Mustafayevin qonşularına qarşı "mənəvi ziyana" görə 10000 manat ödənilməsi haqqında iddiasını təmin etməyib.

Məhkəmə Mustafayevdən 2015-2019-cu illər üçün 6476 manat borcunun və 30 manat məhkəmə rüsumunun alınması barədə qərar çıxarıb. Beləliklə, Vahid Mustafayev 6501 manat ölçüsündə borcu ödəməlidir.

“Turan” İA xatırladıb ki, 2016-cı ildə bağlanmış telekanalın sahibinin həmin binada mənzili var, amma o, illərlə kommunal xidmət xərclərini ödəmir və bunu mənzildə yaşamaması ilə əsaslandırır. V.Mustafayev mənzili 2003-cü ildə alıb, 2006-cı ilə qədər kommunal xidmət xərclərini ödəyib, ondan sonra isə ödəməyib.

Mənzil Məcəlləsi mənzil sahibinin kommunal xərcləri, bina infrastrukturunun təmiri və saxlanılması xərclərini ödəməsini tələb edir. Qanuna əsasən, bu, faktiki olaraq mənzildə yaşamayanlar da daxil olmaqla, bütün mülkiyyət sahiblərinin öhdəliyidir.

Binada vahid isitmə sistemi, vahid soyuq və isti su sistemi, mühafizə və təmizlik xidməti, su motorları, liftlər var. Sakinlər ümumi vəsaitlə infrastrukturu saxlayır və təmir edir, xolu, dəhlizləri, zirzəmini işıqlandırır. Bir sakinin ödənişdən imtina etməsi onun payına düşən xərcləri qonşuların çəkməsi deməkdir.

Bir neçə il davam edən mübahisə və yola gətirmək cəhdlərindən sonra bina sakinləri ümumi yığıncaq keçirərək V.Mustafayevin mənzilinə elektrik enerjisi verilməsini dayandırmaq qərarına gəliblər.

Nəhayət, 4 ay davam edən proses

V.Mustafayev

in məğlubiyyəti ilə başa çatıb.

Ana səhifəSosialMəhkəmə sakinlərin Vahid Mustafayevə qarşı iddiasını təmin edib