AXCP üzvü 10 sutkalıq həbs edilib
Xətai Rayon Məhkəməsi fevralın 27-də AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim haqda 10 sutka inzibati cəza qərarı çıxarıb.
Məmməd İbrahim
fevralın 26-da Xocalı abidəsini ziyarətdən sonra saxlanılıb.
Prosesə hakim Fərid Yaqubov sədrlik edib.
Məlumatı Meydan TV-yə AXCP-nin idarə heyətinin üzvü Səadət Cahangir verib.
O deyib ki, Məmməd İbrahim İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi iləı ittiham olunub.
Onun sözlərinə görə, Məmməd İbrahim qərarı siyasi motivli hesab etdi.
2015-ci il sentyabrın 30-da Məmməd İbrahim barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi açılıb. O, 3 il azadlıqdan məhrum edilib.
2018-ci ildə azad olmağına bir gün qalmış, ona yeni cinayət işi acılıb və həbs müddəti 5 ay 20 gün artırılıb. 2019-cu il fevralın 13-də Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qərarından verilən apelyasiya ərizəsinə baxılıb. Cəzası 1 ay 6 gun azaldılaraq, həbsdən azad edilib.