Müğənni ev dustaqlığına buraxılıb
Türkiyəli müğənni Gülşənin həbsi ev dustaqlığı ilə əvəzlənib.
Türkiyə mətbuatının yazdığına görə, “İmam Hatip” məktəblərinin məzunları haqqında söylədiyi fikirlərə görə barəsində başladılan istintaq çərçivəsində həbs edilən müğənni ev dustaqlığı qərarı ilə sərbəst buraxılıb.
Əvvəl istintaqa cəlb edilən, sonra həbs edilən Gülşənin, aprel ayında verdiyi konsertdə “”İmam Hatip”də oxuyub, axmaqlığı buna görədir”, – deməsi ölkə gündəmini zəbt edib, ictimaiyyətin narazılığına səbəb olub.
Həbs olunan müğənninin vəkilləri onun sərbəst buraxılmasına nail ola biliblər.
Müğənninin gün ərzində İstanbul Bakırköy Qapalı Həbsxanasından çıxacağı gözlənilir.
O, İstanbul Sülh Cəza Məhkəməsinin “xalqı açıq-aşkar kin və düşmənçiliyə sövq etmək” (Türk Cəza Qanunun 216-cı maddəsi) maddəsi ilə ittiham olunur.