Məhkəmə Eldəniz Quliyev haqqında qərar verdi

Azərbaycan Ziyalılar Birliyinin sədrinə 480 saat ictimai iş və 1000 manat cərimə cəzası kəsildi

Source:


Azərbaycan Ziyalılar Birliyinin sədrinə 480 saat ictimai iş və 1000 manat cərimə cəzası kəsildi

Oktyabrın 30-da Milli Şuranın üzvü, tanınmış ziyalı Eldəniz Quliyev barəsində məhkəmə hökmü çıxarılıb. Meydan TV-nin prosesdə olan əməkdaşının bildirdiyinə görə, məhkəmə Eldəniz Quliyevin 480 saat ictimai işlərə cəlb olunmaqla, 1000 manat cərimə edilməsi haqda qərar verib.


Eldəniz Quliyev polislərin nüfuzuna xələ gətirdiyi iddiası ilə daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmişdi.

Ana səhifəXəbərlərMəhkəmə Eldəniz Quliyev haqqında qərar verdi