Məhbus həyatı yaşayan dindar fəal Əhsən Nuruzadə “kars”a salınıb

“Ona “Gəncə məhbusları” ilə təmas qurmamaq üçün bir neçə dəfə əsassız olaraq xəbərdarlıq edilib.

Source:


Oqtay Gülalıyev: “Əhsən Nuruzadəyə təzyiqlər artıb”

6 saylı Cəzaçəkmə Müəssisəsində məhbus həyatı yaşayan Əhsən Nuruzadə sentyabrın 22-də cərimə təcridxanasına (“kars”) salınıb.

Məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev Əhsən Nuruzadənin yaxınlarına istinadən yayıb.

Oqtay Gülalıyev bildirib ki, Əhsən Nuruzadəyə son zamanlar təzyiqlər və nəzarət artıb:

“Ona “Gəncə məhbusları” ilə təmas qurmamaq üçün bir neçə dəfə əsassız olaraq xəbərdarlıq edilib. Ancaq Nuruzadənin cərimə təcridxanasına salınma səbəbi və müddəti bilinmir”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Mehman Sadıxov Meydan TV-nin bu barədə sorğusuna konkret cavab verməyib:

“Biz bu cür məsələləri şərh etmirik. Əgər Nuruzadə cərimə təcridxanasına salınıbsa, deməli, daxili intizam qaydalarını pozub”.

7 il azadlıqdan məhrum edilən

Əhsən Nuruzadə

2017-ci il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. O CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham olunub. Ə.Nuruzadənin üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Dindar fəal ittihamı rədd edir. Bildirir ki, həmin idarənin əməkdaşları bundan öncə onu iki dəfə həbs edərək, Taleh Bağırzadənin müdafiəsindən və “Müsəlman Birliyi” Hərəkatından uzaqlaşmağı tələb ediblər, əks halda, uzunmüddətli həbsə göndəriləcəyi haqda xəbərdarlıq ediblər.

Onun sözlərinə görə, narkotiki cibinə idarədə polislər atıb.

Ana səhifəSiyasətMəhbus həyatı yaşayan dindar fəal Əhsən Nuruzadə “kars”a salınıb