Prezident nazirliyin strukturunda dəyişiklik edib
Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyi ilə bağlı iyulun 20-də bir sıra sərəncamlar imzalayıb.
İlk olaraq dövlət başçısı nazirliyin strukturunda dəyişiklik edərək, birinci müavinlərin sayını ikiyə çatdırıb.
Digər sərəncamları ilə İlham Əliyev Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimovu vəzifəsindən geri çağıraraq, mədəniyyat nazirinin birinci müavini vəzifəsinə təyin edib. Daha sonra prezident onu mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs kimi təyin edib.
Anar Kərimov 2014-cü ildən Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində işləyirdi.
Dövlət Təhlükəsizliyi Xidməti
mayın 8-də
Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazirin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar. Bundan sonra mayın 21-də nazir
Əbülfəz Qarayev
tutduğu vəzifədən azad edilib. O, 1994-cü ildən bəri müxtəlif nazir postlarını tuturdu. Əbülfəz Qarayev vəzifəsindən azad edildikdən sonra onun vəzifələrini birinci müavin Vaqif Əliyev icra edirdi.