“Meclis.info” saytının rəhbəri hava limanında saxlanılıb

Foto: İmran Əliyevin şəxsi arxivindən

İmran Əliyevin “qara maskalı” şəxslərə təhvil verildiyi bildirilir

“Meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Məlumatı İmran Əliyevin özü verib. 

Onun bildirdiyinə görə, sərhəd nəzarət məntəqəsini keçib, təyyarəyə minik üçün gözləyərkən saxlanılıb və “qara maskalı” şəxslərə təhvil verilib.

Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü “Qafqazinfo” saytı ““AbzasMedia” və “Toplum TV” işində yeni faktlar” adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilir.

Ana səhifəSiyasət“Meclis.info” saytının rəhbəri hava limanında saxlanılıb