Mahmudovların Avropaya yatırdığı sərmayə

Eldar Mahmudov Azərbaycan hökumətinin diqqətindən kənarda qalandan sonra möhkəm düşdü.

Source: OCCRP

Eldar Mahmudov Azərbaycan hökumətinin diqqətindən kənarda qalandan sonra möhkəm düşdü. 2015-ci ilin oktyabrında ölkənin Milli təhlükəsizlik naziri Prezidentin sərəncamı ilə öz nüfuzlu vəzifəsindən azad edildi. Bir neçə gündən sonra onun villasına basqınlar edilməsi, burada polisin brilyant dolu şüşə bankalar və xarici valyuta ilə dolu karton qutular aşkarlanması haqqında gəzən əhvalatlar yerli media orqanları üçün duz-bibər oldu. Nazirlik işçiləri korrupsiya və qəsbkarlıq ilə bağlı müxtəlif ittihamlarla həbs olundu və nazirin məşhur iqtisadçı olan mərhum atasının şərəfinə qoyulan heykəlin qeyri-müəyyən şəkildə söküldüyü bildirildi.

Sıx nəzarət altında olan ölkədə şəffaflığın olmaması iddiaların təsdiq olunmasını və ya reportajı çətinləşdirir. Ancaq bir şey aydındır ki, Mahmudov hökumət postunu tərk edəndə ailəsinin böyük bir sərvəti var idi və bunun çox hissəsi onun uzun illər dövlət qulluğunda olduğu müddətdə əldə edilib.

Bank sənədlərinin sızdırılması ailə sərvətinin Azərbaycandan Avropaya köçürülməsində bir vasitəçi olduğunu ortaya qoyur: vasitəçi onun övladlarıdır. OCCRP və maliyyə jurnalistləri, ailənin İngiltərə, İspaniya, Lüksemburq, Litva və Kiprdəki ailə biznesi və əmlak imperatorluğunun şəkillərini bir araya gətirmək üçün ictimai şirkət və əmlak qeydləri ilə birlikdə terabaytlarla məlumat topladılar. Jurnalistlər onların hamısının birlikdə 100 milyon avrodan çox olduğunu aşkar etdilər.

Eldar_Mahmudov.jpg
Eldar Mahmudov 2015-ci ilin oktyabrında Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə rəhbəri vəzifəsindən azad edildi.

Sızdırılma haqqında


2019-cu ilin noyabr ayında özl

ərini

"şəffaflıq aktivistləri" olaraq təsvir edən ‘’Distrbuted Denial Of Secrets’’qrupu İngiltərə və İrlandiya arasında yerləşən Man adasında “Cayman National Corporation Ltd”-nin törəmə şirkəti olan


“Kayman” Milli Bankından (Cayman National Bank) müştəri məlumatlarını yayımladı.


Hekayə boyunca, “Cayman National” olaraq adlandırılacaq bank, bunun xaker hücumuna məruz qaldığını təsdiqlədi və “Phineas Fisher” adlı bir məşhur xaker məsuliyyəti öz üzərinə götürdü.

Əmlak və şirkətlərin demək olar ki, hamısı Eldar Mahmudovun 36 yaşlı oğlu Anar Mahmudova və 31 yaşlı qızı Nərgiz Mahmudovaya məxsusdur. İki qardaş-bacı 20 yaşlarında investor və daşınmaz əmlak sahəsində önəmli şəxslər olaraq karyeralarına başladılar.

Jurnalistlərin suallarını cavablandırarkən Anar Mahmudov və Nərgiz Mahmudova, bir hüquqşünas vasitəsilə sərvətlərinin dədə-babadan gəldiyini, 19-cu əsrdə yaşayan təşəbbüskar Aslan Aşurovdan miras qaldığını söylədi.

Untitled design (2).png
Anar Mahmudov 2006-cı ildə İsveçrədəki biznes məktəbində oxudu, həmin il xalası ona Azərbaycan şirkətini hədiyyə etdi və o, “Cayman National” şirkətinin sərvətinin əsas mənbəyi olduğunu söylədi.

Lakin jurnalistlər ailənin Aşurovlarla əlaqəsi olmasıyla bağlı iddiaları təsdiqləmək üçün məlumat tapa bilmədilər və 1980-ci ildən başlayaraq dövlət vəzifəsində olan Eldar Mahmudovun kariyerasından öncə ailə sərvəti olmasına dair heç bir iz tapa bilmədilər.

Aslan Aşurov Mahmudovun övladlarının həqiqətən ulu-ulu babasıdır, (anası Tahirə Mahmudovanın ulu babası) buna baxmayaraq jurnalistlər Eldar Mahmudovun dövlət məmuru vəzifəsindən əvvəl ailə zənginliyinə aid bir sübut tapa bilməyiblər.

2013-cü ildə ailənin özünə məxsus "İndigo" nəşriyyatı tərəfindən nəşr olunan bir kitabda deyilir ki, Eldarın atası Əhməd Mahmudov "25 May 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində bir kəndli ailəsində anadan olmuşdur".

Sonrakı məktubda Mahmudovların vəkili yenidən söylədi ki, “müştərilərimizin ailələri tərəfindən uzun illər ərzində yığdıqları sərvətlərdən faydalandığı məlumdur” və bu əlaqələr 2014-cü ildə ailə haqqında yazılan kitabda sübut olunub“.

Ancaq bu hekayə Anar Mahmudovun 2014-cü ildə Cayman Milli Bankına verdiyi sərvət haqqında açıqlamalara ziddir. Bu pulun mənbəyi olaraq 90-cı illərdə Anar Mahmudovun xalası tərəfindən fəaliyyətə başlayan şirkətlər göstərilir. Sızdırılmış bank sənədləri və ictimaiyyətə açıq sənədlər Mahmudovlar ailəsinin sərvətləri haqqında nadir fikirlər verir, onlardan bəzilərini Avropanın Şengen zonasına səyahət etmələri üçün qızıl viza kimi istifadə ediblər.

Azərbaycanın hətta dövlət məmurlarının maliyyə hesabatları sistemlərinin qeyri-şəffaflığını və Mahmudovun pul mənbəyindəki ziddiyyətli hesabatları nəzərə alsaq, ailənin sərvətinin mənbələrini yoxlamaq demək olar ki, mümkün deyil.

Man adası

Hannah Holden, bayraqdar hesablar arasında qeyri-real "standart riskli" korporativ müştəri aşkar edərkən, 2015-ci ilin avqust ayında “Cayman National” isə müntəzəm bir araşdırma aparırdı. Hesabdan gözlənilməz miqdarda pul axdığı üçün əlaqədar hesab artıq qeydə alınıb.

"Hazırda “Britannia Group” MSC-nin sənədində oxuyuram ki, bu mərhələdəki şirkətlər qrupundan faydalanan sahibləri siyasi cəhətdən ifşa olunan şəxslərin övladlarıdır",- deyə o iş e-mailində yazıb. O, burada "siyasi cəhətdən ifşa olunan şəxs" qısaltmasınından istifadə edib.

Şirkətin rəsmi həmtəsisçisi həmin müddətdə Azərbaycanın Milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun qızı 26 yaşlı Nərgiz Mahmudova idi. Onun ilk maliyyə mənbəyinin "şəxsi əmanətləri" olduğu elan edilib. Onun ünvanı kimi İsveçrədəki Cenevrə gölünün sahilində yerləşən bir mənzil göstərilib.

Bir il sonra, “Cayman National Compliance” qrupunun meneceri Audri Buttervörs (Audrey Butterworth), Coldharbour Marine Holdings və onun "filialları" olan “Britannia Consulting” və “Britannia Investment” şirkətlərinə məxsus olan “Britannia Group Limited” haqqında ətraflı nota hazırlayıb. Əslində, “Cayman National” şirkətinin tərkibində Mahmudovlar ailəsi bankı ilə əlaqəli səkkiz şirkət var idi.

Butterworth sonda yazırdı: "Bu, hesab və ümumi münasibətlər haqqında ciddi narahatlığım var. "Növbəti ay, bank, Man adasında yerləşən Maliyyə Kəşfiyyat Birliyi ilə Cinayət Gəlir Qanununa əsasən 2008-ci ildə əldə edilən gəlirlərlə əlaqəli bir açıqlama təqdim edib. Maliyyə tənzimləyicilərinə təqdim olunan hesabatda səhv olduğu sübut edilmir, ancaq “Cayman National” şirkəti yerli müştəriləri ilə bağlı ciddi narahatlıq keçirib.

Məruzədə Anar Mahmudovun İngiltərədəki vəkili tərəfindən bir məktuba istinad edərək, hesabların həqiqətən də müvəkkilinin bacısının məskunlaşacağına dair əlavə bir inam yaratmaq üçün bir vasitə olduğu söylənib.

Qırmızı bayraqlar


2014-cü ilin oktyabr ayından 2015-ci ilin iyul ayı arasında bank Anar Mahmudovun “Britannia Group Limited” şirkətinin hesablarına 13.95 milyon funt sterlinq əmanət qoyduğunu qeyd edib.


“Cayman National” daxili narahatlıqlarını dilə gətirib və bir çox kredit məlumatlarında eyni istinad nömrələrinin istifadə edildiyini diqqətə çatdırıb. "Mən kredit reytinqlərinin səbəbini və sonrakı ödənişin səbəbini başa düşmürəm",- “Britannia Group” əməliyyat sənədindəki uyğunluq icmal qeydində belə qeyd edib.

Anarın vəkilinin sözlərinə görə, onun planı şirkət və müəssisələrə investisiya qoymaq və əlverişli əmlak almaq idi. Sərvətin mənbəyi olaraq 2006-cı ildə Anara xalası tərəfindən hədiyyə edilən "İnşaat, təmizlik, yemək və içki" sahəsində çalışan “Crystal Holdings” şirkətlər qrupu göstərildi.

Eldar Mahmudov “Cayman National” şirkətinin rəyini verənə qədər hökumət postundakı vəzifəsindən azad edildi. Anarın qayınatası, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev isə pul mənimsəmədə ittiham olunurdu. Mənfi mətbuat xəbərləri və qaldırılan qırmızı bayraqlar ilə birlikdə bankın bağlanılması istənildi.

Onların bağlanması prosesi bankda daha çox narahatlıq doğuran səbəblər ortaya çıxardı. Şirkətləri “Northern Wychwood Limited” adlı bir şirkət idarə edirdi. “Cayman National Compliance” qrupunun bir məmuru “North Wychwood” şirkətinin "bir neçə işdə adı çəkildiyini və Panama sənədlərinin sızdırılmasından sonra Zimbabvedə yüksək səviyyəli araşdırmalarla əlaqələndirildiyini" dedi.

Jurnalistlərin apardığı araştırmaya cavab olaraq, “Cayman National” fərdi müştərilərin işlərini şərh etmədiklərini, lakin "ən yüksək davranış standartlarını qorumağa qərar verdiklərini" söyləyib. Çirkli pulların yuyulması, MT [Müştərinizi tanıyın] ilə bağlı məsuliyyətlərini həmişə bilir və siyasi əlaqəli şəxslər və şübhəli əməliyyatlar, cinayət və ya tənzimləmə araşdırmaları ilə əlaqədar öhdəliklərinə nəzarət edir.

"Northern Wychwood Limited” şirkəti isə şərh istəyinə cavab verməyib.

poole2.jpg
İngiltərənin cənubundakı bir ofis binası 2016-cı ildə Nərgiz Mahmudovaya məxsus başqa bir şirkətə məxsus olan “Brit Holdings Limited” tərəfindən satın alındı.

Birləşmiş Krallıq

İngiltərənin cənub sahilindəki Poole və Bornmutdakı iki ofis binası Mahmudovların İngiltərədəki daşınmaz əmlak portfelindəki ən az gözə çarpan əmlak ola bilər. 2016-cı ildə “Brit Holdings Limited” adlı bir ingilis şirkəti tərəfindən əldə edilib. Sənədlər o zaman “Brit Holdings”in yeganə səhmdarı tərəfindən dərc edilib. Bu, Kitts və Nevis küçəsində qeydiyyatdan keçmiş “Britannia Investmente Limited” şirkətinin Nərgiz Mahmudovaya məxsus olduğunu göstərir.

Şəhərin ən bahalı məhəllələrindən biri olan Knightsbridge-də dördmərtəbəli London malikanəsinin sənədi Anar Mahmudovdadır. İdman salonu, spa, kinoteatr və lift daxil olan bina 2013-cü ildə 17,35 milyon İngilis funt sterlinqinə satın alınıb. O zaman Anarın 29 yaşı vardı. Şirkət son maliyyə hesabatında 2018-ci ildə 6.3 milyon funt sterlinq əsas vəsait olduğunu bildirib.

Untitled design (4).png
Anar Mahmudova Knightsbridgedə yerləşən mülkü 17,35 milyon ingilis funt sterlinqinə başa gəldi. O, bunu 2013-cü ildə, 29 yaşında ikən almışdı.

Elə həmin il Anarın 8-10 Dover Streetdəki səhmləri Mahmudov və Kiprdəki şirkətinin sənədlərində adı keçən vəkil Mixail Skordisə verilib. İngiltərə Milli Cinayət Agentliyinin Anarın qayınanası Zamira Hacıyevaya qarşı məhkəmədə ilk Əsaslandırılmamış Sərvət Sərəncamını müdafiə etdiyi ay dəyişiklik baş verib.

Hacıyeva “Harrods” lüks dükanları yaxınlığında 11.5 milyon funt sterlinq dəyərindəki bir evdə yaşayıb və burada 10 il ərzində 16 milyon funt sterlinqdən çox pul xərclədiyi bildirilir; onlardan təxminən 6 milyonu Azərbaycan dövlət bankı tərəfindən verilmiş kredit kartları ilə alınıb. Bankın rəhbəri, əri Cahangir Hacıyev, mənimsəmə ittihamı ilə 2015-ci ildə həbs edilib. Hacıyeva indi var-dövlətinin mənbəyini və ya əmlakını ələ keçirmə riskini izah etməlidir.

Untitled design (3).png
İngiltərənin cənubundakı bir ofis binası, 2016-cı ildə “Brit Holdings Limited” tərəfindən satın alındı.

Başlangıca yaratılma


Mamudovlar qaranlıq şirkətlərdə milyonları batırmaq üçün Man adasından istifadə ediblər.


● 2014-cü ildə Nərgiz Mahmudova


Kiprdə “Salvare IP Limited” şirkətini qurub. Növbəti ay “Salvare Worldwide Limited” İngiltərədə Anar Mahmudovun vəkili tərəfindən təsis edilib. 2014-cü ilin avqust ayında şirkət Hampşir kəndindəki Lloyds Bankdan kredit götürüb və 735.000 funt sterlinqə sənaye birliyi alıb. Veb saytı artıq aktiv olmayan şirkət, 2014-cü ilin oktyabr – 2016-cı ilin may ayları arasında “Britannia Group”dan 715,348 funt sterlinq alıb.


● 2015-ci ildə Anar Mahmudov İngiltərənin portativ hidrogenlə işləyən və yanacaq maddələri olan bir texnologiya şirkəti – “iHOD Limited”də 5.56 milyon funt sterlinq dəyərində səhm almaq üçün istifadə olunan “Britannia Group Limited”ə əmanətlər qoyub. Bank əməliyyatlar barədə nota verib: "Mən “iHOD”un illik gəliri və maliyyə hesabatlarına baxdım. Ödənişi satın alınan səhmlərin sayı ilə uzlaşdıra bilmirəm".

finca-paguera-09.jpg
Predio Paguera əmlakının indiki tələb qiyməti 15 milyon avrodur.

İspaniya

Anar Mahmudov ilk dəfə 2006-cı ilin may ayında İspaniyada 22 yaşında “Majorca Capas Group Investment” şirkətini qurub. Sonrakı doqquz il ərzində Anar, həm Aralıq dənizi Mallorca adasında şəxsən, həm də bu şirkətlər vasitəsilə torpaqlar, lüks mənzillər, ofislər, dayanacaq və anbar yerləri, dükanlar və bir otel də daxil olmaqla onlarla əmlak alıb.

2014-cü ilin sonlarında Anar, İspaniyadakı əmlakının çox hissəsini özünün sahibi olduğu “Macent Invest Group”a birləşdirib. İlk ispan şirkəti olan “Majorca Capa”nın malları da ələ keçirilib.

alejandro-ave-shops.jpg
Macent Invest Group, 2014-cü ilin oktyabr ayında Palma de Mallorca-nın mərkəzindəki bir yaşayış massivindəki dörd dükanı aldı. Bütün mağazalar həmişəlik bağlandı.

İspan reyestri satılan və ya alınan əmlakların dəyərlərini açıqlamır, lakin “Macent İnvest Group” ən son maliyyə sənədində 33 milyon avro xərclənməsi haqqında məlumat verib.

“Macent İnvest” Qrupunun 50 faizinə sahib olan “Dolunay SL” şirkəti hazırda Calvia bələdiyyəsinin tərkibində olan 127 hektarlık ərazidə 17 əsrlik heyratamiz ferma evini 15 milyon avroya satır.

Anar Mahmudov 2001-ci ildən bəri adada bir neçə köhnə mülkün sahibidir. Onun İspaniyadakı şirkəti Palma limanına və marinaya yaxın olan bir otelə və 2003-cü ildən bəri avtomobil qarajına sahibdir. 2018-ci ildə 4,1 milyon avro aktivləri olduğu bildirilib.

ca-n-casasayas–palma002.jpg
Nərgiz Mahmudova Can Casasayas və Pensión Menorquina kimi mədəni məkanı olan iki binadan birinə sahibdir.

Ailə əlaqələri


Anar Mahmudov, Lüksemburqda xarici nağd pulla idarə olunan maliyyə mərkəzi olan dörd şirkətin sahibkarıdır. 2001-ci ildə açılan “Hotel & Resort Investment SRL”, digərləri kimi – “KONOCO.M”, “UTILICOM” və “GRAVITYLUX” – Eldar Mahmudovun işdən çıxarılmasından əvvəl, 2015-ci ildə təsis edilib. Dörd şirkət 14,7 milyon avro dəyərindəki aktivlərini birləşdirib.


Fərhad Rəhimov Fransada yaşamaq hüququ olan Azərbaycan vətəndaşı Mahmudovun bütün Lüksemburq şirkətlərində menecer idi. O, müntəzəm olaraq Azərbaycan dövlət bankının keçmiş rəhbəri, Anarın həbsdə olan qayınatası Cahangir Hacıyevin korporativ şəbəkəsindədir. Rəhimov 2013-cü ildə “Berkeley Business Limited” adından sənədlər imzalayıb və 42,5 milyon dollarlıq özəl reaktivi yenidən maliyyələşdirib. 2015-ci ildə, eyni zamanda “MRGC 2013 Ltd”nin yeganə direktoru idi. Şirkət indi İngiltərənin Əsaslandırılmamış Sərvət Sərəncamı ilə hədəflənən Hacıyev obyektlərindən birini satın alıb. Rəhimov bir e-mail yazışmasında jurnalistlərə belə yazıb: "Məni yenidənqurma üçün gətirdilər, ancaq ailədə problemlərin başladığı vaxt idi və mən də tezliklə ayrıldım”.

Litva

Maliyyə işləri üzrə məhkəmə işinin ardınca jurnalistlər Mahmudovlar ailəsinin Litvada da genişləndirdiyi və qısa müddət ərzində sərvət toplayan iki şirkətin məlumatlarını aşkar ediblər.

2016-cı ildə Anar Mahmudov, bacısı Xuraman və onların iş ortağı Həmid Abbasov Litvanın kiçik bir şirkəti olan “UAB Barkas LT”-nin sahibləri olublar.

2015-ci ilin sonunda “Barkas LT” 24.000 avroluq satışını və 48.890 avro dəyərindəki aktivlərini qeydə alıb. 2017-ci ilin fevral ayında yeni sahiblər şirkətin əsas müqaviləsini dəyişdirib və yeni kommersiya fəaliyyətləri, o cümlədən daşınmaz əmlak tikintisi, inkişafı və broker xidmətləri kimi xidmətləri əlavə edib.

2017-ci ilin sonunda şirkət Litvanın ticarət sənədləri ilə bağlı ətraflı məlumat verməsə də, 722.000.000 avrodan çox aktivləri var.

mahmudov-storybook-1.jpg
Xuraman Mahmudovanın nağılındakı personajlar bacı-qardaşlarının şərəfinə modelləşdiriliblər.

2018-ci ildə “Barkas LT”-nin aktivlərinin dəyəri yeddi dəfə artaraq 1,17 milyon avroya çatıb. Onun maliyyə qeydlərində 2017-ci il hesabatındakı rəqəmlərə uyğun olmayan məlumatlar qeyd olunub. Şirkət indi tamamilə fərqli bir işlə – su, istilik və kondisioner təchizatı ilə məşğul olduğunu söyləyir. Ümumi qeydlər göstərir ki, “Barkas LT”-nin spirt satışı üçün lisenziyası var.

Cəmi iki ildə bir milyon avrodan çox pul yığılıb, lakin 2017 və 2018-ci ildə xalis satışları təxminən 60.000 avroya çatıb.

Mahmudovlar başqa bir Litva şirkəti olan “White Cat” şirkətinə də investisiya qoyublar. 2017-ci ilin ortalarında “White Cat” şirkətini satın alan Nərgiz Mahmudova və anası Tahirə Mahmudova şirkətin əsas fəaliyyət istiqaməti olaraq "daşınmaz əmlak işində konsultasiya" xidmətini əlavə edərək əsas müqaviləni yenidən hazırlayıb. İlin sonuna kimi şirkətdə artıq 576,554 avro dəyərində aktif var idi. Bu, 2016-cı ildəki ilə müqayisədə 26 dəfə çoxdur. Keçən ilki illik hesabatda isə “White Cat” şirkətinin 536,033 avro dəyərində aktivləri açıqlanıb.

Yerli şirkətləri üçün sənədləşmə işində üç Mahmudov bacı-qardaşlarının hamısı Litvada yaşadıqlarını iddia edirlər. Hamısı paytaxt Vilnüsün kənarında yerləşən bir yaşayış massivindəki eyni 64 kvadratmetrlik mənzildə qeydiyyatdadırlar. Rəsmi məlumatlar 2002-ci ildə inşa edilən mənzili 73.500 avro dəyərində qiymətləndirir.

lithuaniaapartment.jpg
Mahmudovlar Litvanın paytaxtı Vilnüsün kənarındakı bu yaşayış binasında rəsmi ünvanı olaraq mənzillərini qeyd ediblər

OCCRP, mənzilin hazırkı sahibi, 2018-ci ildə onu satan gənc litvalı bir qadını tapıb və o, gizliliyini qorumaq üçün adının çəkilməməsini istəyib. O, şəxsən Mahmudovun ailəsində heç kimlə görüşmədiyini təsdiqləyib, lakin heç olmasa onlardan üçünün rəsmi olaraq onun mənzilində yaşadığını bildirib. Qadın indi bu rəsmi qeydləri ləğv etdiyini söyləyib, lakin jurnalistlər bunu təsdiqləyə bilməyiblər.

Litva İmmiqrasiya Xidməti OCCRP-yə Anar Mahmudova, anası və iki bacısına "qızıl viza" verildiğini, bunun Şengen bölgəsinə asan bir qapı kimi olduğunu və yaşayış icazəsi verildiyini təsdiqləyib. İmmiqrasiya Xidməti bildirib ki, yaşayış icazəsi almaq üçün bir əcnəbi Litva şirkətinin kapitalına ən azı 14 min avro sərmayə qoymalıdır.

Ailənin investisiya planı Eldar Mahmudovun Azərbaycanda vəzifəsini itirməsindən səkkiz ay sonra başlayıb və 2017-ci ildə vizalar verilib. Litva hökuməti bu vizaların ləğv edildiyini bildirib. Nazirlik Anar Mahmudov və Xuraman Mahmudovanın yaşayış icazələrinin 2019-cu ildə başa çatdığını və bunların heç birini uzatmaq üçün hərəkət etmədiklərini qeyd edib. Tahirə Mahmudova və Nərgiz Mahmudovaya gəldikdə, rəsmilərin bildirdiyinə görə, ana və qızı Litva inzibati qaydalarını pozduğuna görə 2018-ci ildə İmmiqrasiya İdarəsi tərəfindən yaşayış icazəsi ləğv edilib. Şöbə pozuntunun dəqiq mahiyyətini bildirməyib, ancaq yaşayış və ya ticarət fəaliyyəti barədə yalan məlumat vermək və ya qeyri-qanuni mühacirət ilə əlaqəli yaşayış icazəsinin ləğv edilə biləcəyini bildirib.

Həm “Barkas LT”, həm də” White Çatsaymışım” şirkətinin Litva direktoru İndre Korsakoviene, rəhbərlik etdiyi iki şirkət haqqında münasibət bildirməkdən imtina edib.

AZƏRBAYCAN

Böyük Britaniyada yerləşən “Taylor Fordyce” hüquq firmasının sahibi olan Rory Fordyce 2013-cü ilin dekabr ayında bir müştəri üçün vergi məsləhətçisinə rəsmi məktub göndərib.

Hekayə 2006-cı ildə davam edir, həvəsli investor şirkətlərinin sahibi səhmlərini qardaşı oğlu Anar Mahmudova "şirkətlərin yeganə sahibi" olaraq təhvil verir. Həmin il Anar İsveçrədəki bir biznes məktəbinə gedəndə atasının rəsmi maaşı ayda 1350 avro idi.

Şəxsi uğur hekayəsində deyilir ki, gənc sahibkar 2006-cı ildə yenidən qurulma və marka olmağa başlamışdır.

Məktubda deyilir ki, onun ən gəlirli layihəsi “Land Rover”, “Yaguar”, “Maserati” və “Ducati” kimi lüks nəqliyyat vasitələri idxal etmək idi. 2013-cü ildə, peyk xidmətləri, parkinq, restoran iaşə xidmətləri, tikinti, çap və benzin kimi sahələrdə yayılmış bir çox şirkətin daxil olduğu “Crystal Holdinq”i qurub.

lord-restaurant-crystal-plaza.jpg
Bakıdakı “Crystal Plaza”dakı “Lord” restoranı, “Caspian Crystal” restoran qrupuna daxildir.

"Yuxarıdakı məlumatlara əsaslanaraq başa düşürük ki, “Crystal Group”un yaranması və Azərbaycan bazarının ən güclü oyunçularından birinə çevrilməsi üçün 10 il vaxt tələb olunurdu və qrup yatırımlarını əsaslandıracaq istənilən beynəlxalq şirkətə investisiya qoymağa hazırdır".

Ancaq Anar Mahmudov və Nərgiz Mahmudovanın vəkili jurnalistlərin suallarına cavab olaraq sərvətlərinin mənbəyi haqqında fərqli bir açıqlama verib. Vəkil Anar və bacısının "ailələri tərəfindən illərdir yığılan və 19-cu əsrdə sahibkar ataları Aslan Aşurov tərəfindən miras qaldığını” söyləyib.

Qardaş-bacıların aktivləri və kommersiya maraqları qanuni və tənzimləyici tələblərə uyğun olaraq qeydiyyata alınıb və əsaslandırılın",- deyə vəkil bildirib. “Crystal Group”un öz təqdimat materiallarına əsasən, bu gün Azərbaycanda 1992-ci ildən bəri yaradılan bir sıra şirkətlər Mahmudovla əlaqələndirilə bilər. Materiallar 2012-ci ildə Mahmudovun əsas şirkətləri, o cümlədən "Caspian Crystal", "Caspian Oil" və "İndigo" nəşriyyatları üçün 65.9 milyon dollar dəyərində dövriyyə təmin edir. Mahmudov şirkətlərindən ikisi A.I.F. Avtopark və” Kristal İnşaat” üçün isə 65.9 milyon dollar dəyərində dövriyyə təmin edir. Təqdimatda 10 avtomatik avtomobil dayanacağının A.I.F tərəfindən inşa ediləcəyi iddia edilir. 2013-cü ildə hökumət sifarişləri və hökumət binaları “Crystal İnşaat” müqavilələrinə daxil edilib.

Şirkətdə maliyyə hesabatları olmadığı və Azərbaycanda dövlət satınalmaları haqqında məlumat az olduğu üçün şirkətin iddialarını yoxlamaq çətindir. Bir neçə həftə sonra gələn cavab məktubunda Mahmudovun vəkili “Kristal Holdinq”in 2013-cü il təqdimatından bəzi arayışlar da daxil olmaqla daha çox məlumat verib. "Dövlət müqavilələri üzrə ümumi qrup dövriyyəsinin faizi 20 faizdən az, 10 faizə yaxındır" o iddia edib.

Fordyce Anarın qayınatasının həqiqətən də Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyev olduğunu təsdiqləyib. Anarın atası, Milli təhlükəsizlik naziri Eldar Mahmudov haqqında isə heç nə deyilmir. Fordyce, müştəriləri haqqında daha ətraflı məlumat verməkdən imtina edib və Lawfords Consulting şərh tələbinə cavab verməyib.

“Cayman National” ilə hesablar 2014-cü ilin mart ayında açılıb və 2016-cı ilin iyulunda bağlanıb, sızdırılan sənədlər ailənin sərvəti haqqında nadir detalları əks etdirən qısa bir pəncərədir. Bu ilin fevral ayında Anar Mahmudovun tam adından istifadə edən bir şəxs, Azərbaycan vergi idarəsinin rəsmi saytında bir sual yerləşdirib.

“Mən Mahmudov Anar Eldar oğlu Azərbaycan Respublikasının vətəndaşıyam, 2015-ci ildən bəri xaricdə yaşayıram və öz ölkəmdə sahibkarlıq fəaliyyəti ilə məşğulam. Mən 2015-ci ilin əvvəlindən Azərbaycana gəlməmişəm ”.

“Sual: 2015-ci ildən bəri xarici ölkədə daimi yaşadığımı nəzərə alsaq, mən Azərbaycan Respublikasının vətəndaşıyam və heç vaxt başqa dövlətin vətəndaşı olmamışım, vergi alıcısı və ya vergi ödəyicisi deyiləm? İndidən təşəkkür edirəm".

Vergi orqanları Anarın artıq öz məqsədləri üçün ölkə sakini olmadığı qənaətinə gəliblər. Bu gün onun və ailəsinin yaşadığı yer qeyri-müəyyən olaraq qalır.


Finance Uncovered, Diario de Mallorca, və Transparency International-UK araşdırmanın hazırlanmasına kömək edib.

Ana səhifəSiyasətMahmudovların Avropaya yatırdığı sərmayə