Məmməd İbrahimin şikayəti təmin olunmadı

Foto: Məmməd İbrahimin şəxsi arxivindən

Bu gün, dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. 

Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məmməd İbrahim, partiya sədri Əli Kərimli ilə eyni gündə -noyabrın 29-u saxlanılıb, dekabrın 1-də onların hər ikisi barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb.

Hökümətyönlü mediada AXCP sədrinin və partiyanın Rəyasət Heyətinin üzvünün həbsinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədar olduğu bildirilir.

Ana səhifəSiyasətMəmməd İbrahimin şikayəti təmin olunmadı