Bu gün, noyabrın 17-də 11 saylı Cəzaçəkmə Müəssisəsində Çexiyanın Karlova Universitetinin doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədovun qanunsuz olaraq karsda saxlanılmasından verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə Bəhruz Səmədovun özü və vəkili Zibeydə Sadıqova çıxış edib.
Məhkəmə işi baxılmamış sayıb. Hakim bildirilib ki, işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
Bu barədə məlumatı Bəhruz Səmədovun yaxınları Meydan TV-yə bildirib.
Onların dediyinə görə, 11 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri Bəhruz Səmədovun Umbakı penitensiar kompleksinin qapalı hissəsinə köçürülməsi haqda məhkəməyə şikayət verib.
Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
O, iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.