Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda həbsdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Elgiz Məmmədova hökm oxunub.
Prosesə hakim Telman Hüseynov sədrlik edib.
Məhkəmənin qərarı ilə Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Elgiz Məmmədovun 5 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.
MBH üzvü Elgiz Məmmədov 2025-ci il iyunun 10-da Bakının Keşlə qəsəbəsində saxlanılıb.
Həmin gün onun 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi bildirilmişdi.
Hərəkat ailəsinə istinadən bildirimişdi ki, Elgiz Məmmədova narkotik maddə ittihamını qəbul etdirmək üçün ona polis idarəsində işgəncə verilib və daha sonra suyuna narkotik maddə qatılıb.