Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya Belarusu "udmaq" niyyətində deyil, lakin iki ölkə arasında daha da inteqrasiyanın olması "zərurət"dir.
Lukaşenko martın 1-də Minskdə keçirilmiş mətbuat konfransında "Rusiya Prezidentinin [Vladimir Putin] Belarusu Rusiyaya daxil etmək kimi xəstə niyyəti yoxdur. Bu nəhəng ölkənin Belarusu udmaq kimi fikri yoxdur,"- deyib.
Lukaşenko əlavə edib: "Belarusların 98 faizi Rusiyanın bir hissəsi olmağa qarşı səs verəcək".
Lukaşenkanın bu yeni şərhi onun Putinlə 1990-cı illərin ortalarından hələ də qüvvədə olan daha çox inteqrasiyaya dair birlik müqaviləsi barədə danışıqlardan iki həftə sonraya təsadüf edir.
Martın 1-də jurnalistlər və ictimai təşkilatların üzvlərinə danışan Lukaşenko inteqrasiya ilə balı danışıqlardan öncə iki millət arasında mövcud olan əsas məsələlər öz həllini tapmalıdır.
Lukaşenkanın sözlərinə görə, "Biz hələ də iki millət arasında bütün problemləri həll etmədən hər hansı bir alyansdan söz edə bilmərik. Rusiya rəhbərliyi, xüsusilə də hökumət bu yola getməyə hazır deyil".
Lukaşenko da ölkəsinin Rusiya ilə vahid valyutanı qəbul edə biləcəyini söyləyib.
"Onlar bizə tək valyuta təklif edirlər, o, [Prezident Putin] deyir ki, əlbəttə, rubl olacaq, mən də cavab verirəm ki, əlbəttə rub olacaq. Sizdə rubl var, bizdə rubl var," – Lukashenka deyib.
Belarus Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Müşahidəçilər deyir ki, Putin bu təşkilatları Moskvanın keçmiş Sovet İttifaqı üzərində təsirini gücləndirmək, Avropa İttifaqı və NATO-ya qarşı çıxmaq üçün istifadə edir.
Moskvanın qonşularına qarşı niyyətləri Ukraynanın Krım yarımadasının 2014-cü ildə Rusiyaya birləşməsindən sonra meydana çıxıb. Münaqişə zamanı 13 minə yaxın adam öldürülüb.
Avropa İttifaqı 2016-cı ildə Belarusa qarşı sanksiyaları bir neçə siyasi məhbusun azad edilməsindən sonra yüngülləşdirib. Amma qurum Lukaşenko hakimiyyətini 2017-ci ilin martında işsizlik vergilərinə qarşı baş qaldırmış etirazlarını zorakı yatırılmasına görə şiddətlə tənqid edir.