“Sürücü hadisə yerindən qaçıb”
Bakıda yolun kənarında Mənzil Kommunal İstismar Sahəsinin qadın əməkdaşı maşınla vurulub.
“
Trend
” agentliyinin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, Azadlıq prospekti, "Skripka" parkının yaxınlığında baş verib.
Məlumata görə, sürücü qaydaları kobud surətdə pozaraq, yolun kənarında təmizlik işləri aparan, Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Mehdiyeva Ramilə Əlizadə qızını vurub və hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən “Mercedes E-klass” markalı 019 D 011 nömrə nişanlı avtomobilin sürücüsünün Liviya vətəndaşı Annsi Elnamrud olduğu müəyyən edilib.