LGBTQI+ fəalları: “Əvəzin qatili dövlətdir”

Reportyor, LGBTQI+ fəalı Əvəz Şıxməmmədovun (Hafizli) öldürülməsi ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə binasının qarşısına media nümayəndələri, LGBTQI+ fəalları toplaşıb. Fəallar şüar qaldıraraq, nifrət cinayətlərinin qarşısının alınmamasına etiraz edib. İyulun 4-də növbəti məhkəmə prosses keçirilməli olsa da, hakimlərdən birinin məzuniyyətə çıxmasıyla iş təxirə düşüb. Növbəti məhkəmə prosesi iyulun 18-nə təyin olunub.

Hadisə fevralın 22-də, Balaxanı qəsəbəsində Əvəz Hafizlinin yaşadığı evin həyətində baş verib. Reportyoru qətlə yetirməkdə təqsirləndirilən isə öz əmisi oğlu Əmrulla Güləliyevdir. Məhkəmə prosseslərində tərəflərin ailə üzvləri gözə dəymir. Həmçinin, hüquqi varislik ailəyə verildiyindən Əvəz Hafizlinin vəkili işə qoşula bilməyib. 

İctimaiyyət nümayəndələri mərhumun cinsi oriyentasiyasına görə öldürüldüyünü deyirlər. ILGA Europe beynəlxalq təşkilatının son bir neçə illik Göy qurşağı reytinqinə əsasən Azərbaycan LGBTQI+ hüquqları üzrə 49 ölkə arasında sonuncu yerdədir.

Ana səhifəVideoLGBTQI+ fəalları: “Əvəzin qatili dövlətdir”