Leyla Yunusun Nobel mükafatına namizədliyi verildi

“Leyla Yunusa bu mükafatın verilməsi Azərbaycan hökumətinin fərqli fikrə qarşı düşmən münasibətinin üzərinə işıq salar”

Source:


“Leyla Yunusa bu mükafatın verilməsi Azərbaycan hökumətinin fərqli fikrə qarşı düşmən münasibətinin üzərinə işıq salar”

Qadın İnsan Haqları Müdafiəçiləri Koalisiyası adlı beynəlxalq təşkilat hazırda həbsdə olan azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusu 2015-ci il üçün Nobel sülh mükafatına namizəd irəli sürüb.

Bu barədə təşkilagın internet səhifəsində məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Leyla Yunus Azərbaycanın ən tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun yaradıcısıdır. Onun fəaliyyəti sülh təşəbbüslərini, siyasi məhbusları müdafiə layihələrini, qadın haqlarının qorunmasını, təqib və təzhiqlər, insan alveri, korrupsiya və mülkiyyət hüquqlarının pozulması hallarına qarşı mübarizəni əhatə edir.

Təşkilat Leyla Yunusun Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün xalq diplomatiyasa istiqamətində də mühüm işlər gördüyünü bildirir.

Qeyd olunur ki, Leyla Yunus insan haqları sahəsindəki fəaliyyətinə görə ağır hesab ödəyib – iyunun 30-da vətənə xəyanət və başqa cinayət ittihamları ilə həbs olunub. Həbsdə o, işgəncəyə məruz qalıb və səhhəti pisləşib.

“Məncə, Leyla Yunus öz mətanətinə görə fərqlənir. O həbsxanadakı vəziyyətinə baxmayaraq, hələ də başqa siyasi məhbusları müdafiə edir. Bu mükafat Leyla Yunusa beynəlxalq diqqətin ifadəsi və böyük dəstək olar”, – deyə təşəbbüskarlardan biri, professor Şarlotta Banç bildirib.

Bançın fikrincə, Leyla Yunusa bu mükafatın verilməsi Azərbaycan hökumətinin fərqli fikrə qarşı düşmən münasibətinin üzərinə işıq salar.

Məlumatın sonunda deyilir ki, Qadın İnsan Haqları Müdafiəçiləri Koalisiyası Azərbaycan hakimiyyətini Leyla Yunusu və onun həyat yoldaşı Arif Yunusu təcili azadlığa buraxmağa çağırır.

Ana səhifəXəbərlərLeyla Yunusun Nobel mükafatına namizədliyi verildi